12px13px15px17px
Tarix:17/07/14

ABŞ məktəb və kitabxanalarında "Wi-Fi” şəbəkəsinin inkişafına 2 milyard dollar ayrılıb

ABŞ Federal Rabitə Komissiyası ölkənin məktəb və kitabxanalarında "Wi-Fi” şəbəkəsinin inkişafının maliyyələşdirilməsi üzrə planı təsdiq edib. İki il ərzində bu məqsədlər üçün 2 milyard dolların yönəldilməsi planlaşdırılır.

Məktəb və kitabxanalarda telekommunikasiya xidmətlərinin ödənişi artıq 17 ildir "E-Rate” proqramı çərçivəsində həyata keçirilir. Lakin proqramın büdcəsi ildən-ilə dəyişir, ötən il isə ümumiyyətlə vəsait ayrılmayıb. Komissiya üzvlərinin sözlərinə görə, növbəti ildə "E-Rate” üçün cəmi 600 min dollar nəzərdə tutulub.

Lakin ABŞ Federal Rabitə Komissiyasının icraedici direktoru hesab edir ki, çatışmayan vəsaitlər digər xidmətlərin maliyyələşdirilməsinin dayandırılması sayəsində əldə olunacaq. Belə ki, səsli rabitə, veb-sayt xidmətlərinin və peycer rabitəsinin maliyyələşdirilməsinin dayandırılması nəzərdə tutulur.

2015-ci ildə bundan 350 milyon dollara qənaət edilməsi, beş ildən sonra qənaətin ildə 950 milyon dollara çatdırılması planlaşdırılır.


Respublikaçılar Partiyası komissiyanın planında məktəb və kitabxanalar tərəfindən dövlət maliyyələşdirilməsinin alınmasının sadələşdirilməsi ilə bağlı qaydaların nəzərdə tutulmamasına, proqramın telekommunikasiya şirkətlərinin vergiləri hesabına maliyyələşdirilməsinə görə onu tənqid edir, - "Computerworld www.osp.ru” yazır.



Baxış sayı: 619

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 Noyabr 2024

26 11 2024