Tarix:17/07/14
Şirkətdən verilən məlumata görə, görüşdə AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının İnnovasiya şöbəsinin rəhbəri, fəlsəfə doktoru Vüqar Babayev neft-kimya, neft-qazçıxarma və neft maşınqayırmada müasir texnologiyaların işlənməsi və tətbiqi istiqamətində akademiyada görülən işlərdən danışıb, bu sahədə ARDNŞ-də həyata keçirilən tədbirləri, xüsusən nanotexnologiyaların neft sənayesində tətbiqini yüksək dəyərləndirib. Qeyd olunan sektorlarda innovasiyaların geniş tətbiqini nəzərə alaraq, bu istiqamətdə innovativ ideyaların və təşəbbüslərin birgə dəstəklənməsi, prioritet istiqamətlərin müəyyənləşdirilməsi, potensial innovativ layihələrin işlənilməsi, tətbiqi və kommersiyalaşdırılmasında ikitərəfli əməkdaşlığın baza prinsiplərinə dair razılıq əldə edilib.
Görüşdə Azərbaycanda innovasiyaların tətbiqi sahəsində üçüncü tərəf olaraq beynəlxalq qurumlar və özəl şirkətlərin iştirakı haqqında fikir mübadiləsi aparılıb. Neft-qaz sənayesində mövcud problemlərin həlli istiqamətində yeni nanosistemlərin işlənilməsi və tətbiqi ilə əlaqədar AMEA-nın müvafiq institutlarının imkanları müzakirə edilib, gələcəkdə bu yönümdə elmi tədqiqat mövzu işlərinin qoyulması məsələsinə baxılıb.
CAHANGİR
Azərbaycanın neft-qaz sektorunda innovasiyaların tətbiqi daha da genişləndiriləcək
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Nanotexnologiyalar” Departamentində Azərbaycan Milli Elmlər Akademiyasının alim və mütəxəssisləri ilə innovasiyaların tətbiqi sahəsində əməkdaşlıq imkanları mövzusunda görüş keçirilib.Şirkətdən verilən məlumata görə, görüşdə AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının İnnovasiya şöbəsinin rəhbəri, fəlsəfə doktoru Vüqar Babayev neft-kimya, neft-qazçıxarma və neft maşınqayırmada müasir texnologiyaların işlənməsi və tətbiqi istiqamətində akademiyada görülən işlərdən danışıb, bu sahədə ARDNŞ-də həyata keçirilən tədbirləri, xüsusən nanotexnologiyaların neft sənayesində tətbiqini yüksək dəyərləndirib. Qeyd olunan sektorlarda innovasiyaların geniş tətbiqini nəzərə alaraq, bu istiqamətdə innovativ ideyaların və təşəbbüslərin birgə dəstəklənməsi, prioritet istiqamətlərin müəyyənləşdirilməsi, potensial innovativ layihələrin işlənilməsi, tətbiqi və kommersiyalaşdırılmasında ikitərəfli əməkdaşlığın baza prinsiplərinə dair razılıq əldə edilib.
Görüşdə Azərbaycanda innovasiyaların tətbiqi sahəsində üçüncü tərəf olaraq beynəlxalq qurumlar və özəl şirkətlərin iştirakı haqqında fikir mübadiləsi aparılıb. Neft-qaz sənayesində mövcud problemlərin həlli istiqamətində yeni nanosistemlərin işlənilməsi və tətbiqi ilə əlaqədar AMEA-nın müvafiq institutlarının imkanları müzakirə edilib, gələcəkdə bu yönümdə elmi tədqiqat mövzu işlərinin qoyulması məsələsinə baxılıb.
CAHANGİR
Baxış sayı: 752
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır