12px13px15px17px
Tarix:17/07/14

BƏƏ milli kosmik agentliyi yaradır

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Milli Kosmik Agentliyi yaratmasını bəyan edib. Ölkənin ilk layihəsi Marsa 2021-ci ildə - ərəb dövlətinin Fars körfəzində yaradılmasının 50 illiyində çatacaq kosmik aparatın buraxılmasıdır.

“Əmirliklər planetlərarası məkanın tədqiqi dövrünə qədəm qoyur”, - BƏƏ-nin vitse-prezidenti və baş naziri, Dubay əmiri şeyx Məhəmməd bin Rəşid Al Məktum deyib.

“Mars planetinə çatmaq böyük çağırışdır, biz buna doğru hərəkət edirik, çünki bu vəzifə bizi ruhlandırır”, - Dubay əmiri qeyd edib. O, həmçinin əlavə edib ki, BƏƏ kosmosun tədqiqinə 20 milyard dirhəm (5,44 milyard dollar) yatıracaq.

Milli Kosmik Agentliyi bir neçə təşkilatı, o cümlədən peyklərin buraxılmasında ixtisaslaşan “DubaiSat” şirkətini birləşdirəcək.

BƏƏ rəsmiləri ümid edirlər ki, kosmik aparat Marsa olan 60 milyon kilometrlik məsafəni 9 aya qət edə biləcək, - “İTAR-TASS www.itar-tass.com” yazır.



Baxış sayı: 629

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024