12px13px15px17px
Tarix:17/07/14

Latviya elektron “ID” sahiblərinə səs verməyə icazə verib

Latviya hökuməti parlamentə seçkilər haqqında qanuna sonuncu düzəlişləri qəbul edib. İndi vətəndaşlar elektron şəxsiyyət vəsiqəsindən istifadə etməklə səs verə biləcəklər.
 
Qanuna edilən düzəlişlərə əsasən, həqiqi pasporta malik olmayan, lakin elektron identifikasiya kartını rəsmiləşdirən vətəndaşlar payızda Seymə keçiriləcək seçkilərdə səs vermək hüququ qazanıblar.
 
Bunun üçün vətəndaş Mərkəzi Seçki Komitəsi tərəfindən verilən seçici vəsiqəsini almalıdır. Sentyabrın 22-dən oktyabrın 3-dək veriləcək vəsiqələrin alınması üçün elektron “ID”-nin rəsmiləşdirildiyi Vətəndaşlıq və Miqrasiya İşləri İdarəsinə müraciət etmək lazımdır.
 
Belə vətəndaşlar üçün hər bir seçici vəsiqəsi hökumətə təxminən 0,16 avroya başa gələcək. Büdcədən vəsiqələrin buraxılması üçün 5 min avro ayrılıb.
 
Düzəlişlər qəbul edilməzdən əvvəl elektron “ID” sahibləri kartın üzərində seçki məntəqəsində olma ilə bağlı qeydin aparılmasının qeyri-mümkünsüzlüyü səbəbindən səs vermək hüququna malik deyildilər. Əksər vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər (Latviya ərazisində yaşayan, lakin vətəndaşlıq almayan şəxslərə verilən rəsmi status) seçki hüququna qoyulan məhdudiyyəti nəzərə almadan pasportu elektron “ID” ilə əvəzləməyə üstünlük veriblər.
 
Buna səbəb rüsumların aşağı olmasıdır. Belə ki, elektron kartı almaq ənənəvi pasportu almaqdan iki dəfə ucuzdur. Elektron vəsiqə üçün dövlət rüsumu 10 lat, uşaq və gənclər üçün 5 lat təşkil edir. Müqayisə üçün qeyd edək ki, ənənəvi kağız pasport üçün rüsum 20 lat, alınma müddəti 10 gündür. Nəticədə ölkədə 30 min insan yalnız “ID” kartlardan istifadə etməklə pasportsuz yaşayır. Qanuna düzəlişlər qəbul ediləndən sonra ümumi seçki hüququ əhalinin bu qrupunu da əhatə edəcək.
 
Latviyada elektron “ID” 2012-ci ilin martından verilir. Sənəd ilk növbədə Latviyanın xarici ölkələrə tez-tez səfər edən sakinləri üçün nəzərdə tutulub. Latviyanın elektron kartı Avropa İttifaqı ölkələrinə və Şengen zonasına səfərlər zamanı şəxsiyyəti təsdiq edən sənəd kimi istifadə oluna bilər.
 
Bundan başqa, sənəddən elektron imza kimi istifadə etmək mümkündür. Karta rəqəmli kod daxil edilib. Bununla yanaşı, “ID” kart məcburi sənəd deyil. Latviya sakinləri “ID” kart və pasport arasında seçim etmək imkanına malikdirlər. Həmçinin eyni anda hər iki sənədə malik olmağa icazə verilir, - "CNews www.cnews.ru” yazır.
 



Baxış sayı: 592

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024