12px13px15px17px
Tarix:18/07/14

DQMK internet resursu vasitəsilə namizədlərin işini asanlaşdırıb

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın (DQMK) iyunun 13-də elan etdiyi müsabiqənin test imtahanı mərhələsi iyulun 21-dən başlayır.
 
DQMK-dan "ICTnews" elektron xəbər xidmətinə verilən məlumata görə, test imtahanı qrafiki komissiyanın internet saytında (www.dqmk.gov.az) yerləşdirilib.
Təqdim edilən qrafikdə namizədlər dövlət orqanları üzrə iddia etdikləri inzibati vəzifələr üçün nəzərdə tutulmuş test imtahanı tarixini və vaxtını aktiv etməklə öz adlarını tapa bilərlər.
 
Test imtahanının kompüter vasitəsilə keçirilməsini təmin etmək məqsədilə komissiya tərəfindən hazırlanmış "Test imtahanı" sistemi ilə namizədlər komissiyanın rəsmi internet saytında ətraflı tanış ola bilərlər.
 
Namizədlərin imtahana daha yaxşı hazırlaşması üçün komissiyanın tərtib etdiyi test imtahanı proqramları və metodiki vəsait və onların tərtib edilməsində istifadə olunan ədəbiyyat siyahısı da komissiyanın saytında yerləşdirilib.
 
Qeyd edək ki, test imtahanlarının nəticələri imtahan başa çatdıqdan dərhal sonra namizədlərə təqdim ediləcək. Eyni zamanda nəticələr komissiyanın internet saytında yerləşdiriləcək.
 
 
CAHANGİR
 
 
 



Baxış sayı: 861

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 Noyabr 2024

26 11 2024