Tarix:18/07/14
Lakin S.Yohansson məqaləni əllə yazmayıb. Belə ki, o, materialların yaradılması üçün informasiyanı yoxlanılmış mənbələrdən təhlil edən və məqaləni əldə olunan məlumatlar əsasında tərtib edən "Lsjbot” proqramını hazırlayıb.
Əksər hallarda "Lsjbot” proqramı nadir heyvanlar, o cümlədən böcək və kəpənəklər haqqında məqalələr yaradıb. Proqram vasitəsilə alim bəzən bir gündə ensiklopediya üçün 10 min məqalə yaza bilib.
Lakin S.Yohanssonun yanaşması kəskin tənqid olunub. Bu üsulun əleyhdarları bildirirlər ki, materialların bu üsulla yaradılması digər müəlliflərin yaradıcılığını sıxışdırır. Bundan başqa, əksər insanlar hesab edirlər ki, “Lsjbot” tərəfindən yaradılan məqalələrin keyfiyyəti insan tərəfindən yaradılan məqalələrin keyfiyyətindən geri qalır.
Həqiqətən “Lsjbot”un bəzi mətnlərində yalnız quru rəqəm və faktlar var və belə materiallar az maraq doğurur və pis oxunur.
Lakin S.Yohansson hesab edir ki, onun Wikipedia” üçün materialların yazılması üsulunun yaşamaq hüququ var, çünki yaradıcılıq yanaşmasının olmamasına baxmayaraq etibarlı informasiyanın mövcudluğu əksər istifadəçilər üçün faydalı olacaq, - "Hi-Tech News www.hi-news.ru” yazır.
İsveçli müəllif proqram vasitəsilə “Wikipedia” üçün 2,7 milyon məqalə yazıb
İsveçli Sverker Yohansson “Wikipedia” elektron ensiklopediyası üçün 2,7 milyon məqalə yazıb. Bu sayda material ensiklopediyada yerləşdirilən məqalələrin 8,5 faizini təşkil edir.Lakin S.Yohansson məqaləni əllə yazmayıb. Belə ki, o, materialların yaradılması üçün informasiyanı yoxlanılmış mənbələrdən təhlil edən və məqaləni əldə olunan məlumatlar əsasında tərtib edən "Lsjbot” proqramını hazırlayıb.
Əksər hallarda "Lsjbot” proqramı nadir heyvanlar, o cümlədən böcək və kəpənəklər haqqında məqalələr yaradıb. Proqram vasitəsilə alim bəzən bir gündə ensiklopediya üçün 10 min məqalə yaza bilib.
Lakin S.Yohanssonun yanaşması kəskin tənqid olunub. Bu üsulun əleyhdarları bildirirlər ki, materialların bu üsulla yaradılması digər müəlliflərin yaradıcılığını sıxışdırır. Bundan başqa, əksər insanlar hesab edirlər ki, “Lsjbot” tərəfindən yaradılan məqalələrin keyfiyyəti insan tərəfindən yaradılan məqalələrin keyfiyyətindən geri qalır.
Həqiqətən “Lsjbot”un bəzi mətnlərində yalnız quru rəqəm və faktlar var və belə materiallar az maraq doğurur və pis oxunur.
Lakin S.Yohansson hesab edir ki, onun Wikipedia” üçün materialların yazılması üsulunun yaşamaq hüququ var, çünki yaradıcılıq yanaşmasının olmamasına baxmayaraq etibarlı informasiyanın mövcudluğu əksər istifadəçilər üçün faydalı olacaq, - "Hi-Tech News www.hi-news.ru” yazır.
Baxış sayı: 755
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib