Tarix:18/07/14
Üç bölümdən ibarət olan kursun iki ay ərzində davam etməsi nəzərdə tutulub.
Nazirlikdən qeyd edilib ki, kursun əsas məqsədi gənclərə informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsi üzrə baza biliklərini vermək, mobil xidmət sahəsində bilik və bacarıqlar üzrə professional heyətin hazırlanmasıdır.
Bununla bağlı müvafiq punktlar üzrə ayrı-ayrılıqda dərslərin tədrisi təşkil olunur. Kurslarda keçirilən dərs məzmunu Cənubi Koreyanın Sungshin Universitetinin professorlar heyəti tərəfindən hazırlanıb. Buraya "İKT sahəsində bilik mübadiləsi; "Gənclərin müasir dünya texnologiyalarına inteqrasiyası (planşetlərdən istifadə)"; "Lokal şəbəkələrin yaradılması"; "Ən müasir şəbəkə texnologiyaları üzrə təlimlər (4G, LTE, eHSPA, WCDMA, WİMAX)" mövzuları daxildir.
"Gənclər Evi" layihəsi çərçivəsində bu, bir yenilikdir. Kursun sonunda imtahan keçiriləcək və keçid balını toplayan, kursu müvəffəqiyyətlə başa vuran tələbələrə beynəlxalq dərəcəli sertifikat təqdim olunacaq.
Qeyd edək ki, "Smart Class - Ağıllı Sinif İKT Proqramı" üzrə ilk dərs 05.06.2014 tarixində Azərbaycan Gənclik, Mədəniyyət, İncəsənət və Elm Evində (Gənclər Evi) keçirilib.
Həqiqət İSABALAYEVA
“Smart Class - Ağıllı Sinif İKT Proqramı” üzrə dərslər iki ay davam edəcək
Azərbaycanda həyata keçirilən "Smart Class - Ağıllı Sinif İKT Proqramı" adlı kurs fəaliyyətini davam etdirir. Proqram Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə Koreya Respublikasının "SK Telekom" şirkətinin dəstəyi, Dünya Türk Gəncləri Birliyinin və Sungşin Universitetinin əməkdaşlığı ilə ərsəyə gəlib.Üç bölümdən ibarət olan kursun iki ay ərzində davam etməsi nəzərdə tutulub.
Nazirlikdən qeyd edilib ki, kursun əsas məqsədi gənclərə informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsi üzrə baza biliklərini vermək, mobil xidmət sahəsində bilik və bacarıqlar üzrə professional heyətin hazırlanmasıdır.
Bununla bağlı müvafiq punktlar üzrə ayrı-ayrılıqda dərslərin tədrisi təşkil olunur. Kurslarda keçirilən dərs məzmunu Cənubi Koreyanın Sungshin Universitetinin professorlar heyəti tərəfindən hazırlanıb. Buraya "İKT sahəsində bilik mübadiləsi; "Gənclərin müasir dünya texnologiyalarına inteqrasiyası (planşetlərdən istifadə)"; "Lokal şəbəkələrin yaradılması"; "Ən müasir şəbəkə texnologiyaları üzrə təlimlər (4G, LTE, eHSPA, WCDMA, WİMAX)" mövzuları daxildir.
"Gənclər Evi" layihəsi çərçivəsində bu, bir yenilikdir. Kursun sonunda imtahan keçiriləcək və keçid balını toplayan, kursu müvəffəqiyyətlə başa vuran tələbələrə beynəlxalq dərəcəli sertifikat təqdim olunacaq.
Qeyd edək ki, "Smart Class - Ağıllı Sinif İKT Proqramı" üzrə ilk dərs 05.06.2014 tarixində Azərbaycan Gənclik, Mədəniyyət, İncəsənət və Elm Evində (Gənclər Evi) keçirilib.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 909
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır