12px13px15px17px
Tarix:18/07/14

Vaxtından əvvəl I sinfə gedəcək xüsusi istedada malik uşaqların elektron ərizə qəbuluna başlanılır

Azərbaycan Respublikası təhsil nazirinin "Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları" barədə əmrinə müvafiq olaraq Bakı şəhərində yerləşən və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeçiliyində olan məktəblərə qəbulla əlaqədar olaraq, 20 iyul 2014-cü il tarixindən elektron ərizələrin qəbuluna başlanılacaq.

Elektron ərizələrin qəbulu avqust ayının 20-dək davam edəcək. İdarədən bildirilib ki, elektron ərizə qəbulu üçün vətəndaşlar "bakuedu.gov.az" saytında yerləşdiriləcək ərizə formasını doldurmaqla öz uşaqlarını qeydiyyatdan keçirə bilərlər.
 
Qeydiyyat zamanı vətəndaşlar elektron ərizə ilə yanaşı, uşağın doğum haqqında şəhadətnaməsinin surətini və 3x4 sm ölçüdə 1 ədəd fotoşəklini də əlavə etməlidirlər.
 
Qeyd edək ki, "Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları"na əsasən I sinfə qəbul həmin il sentyabrın 16-dan dekabrın 31-dək 6 yaşı tamam olan xüsusi istedadlı uşaqlara şamil edilir.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 884

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024