Tarix:19/07/14
Bu fikirlər Asiya İnkişaf Bankının Şərqi Asiya Departamentinin məsul şəxsi Yin Çen və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndəsi arasında, AİB-in regional əməkdaşlıq məsələləri üzrə mütəxəssisi J.Prosakın da iştirakı ilə baş tutan görüşdə səsləndirilib. Görüş Filippinin paytaxtı Manila şəhərində Asiya İnkişaf Bankının Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı (CAREC) çərçivəsində keçirilən Yüksək Vəzifəli Rəsmilərin iclası zamanı reallaşıb.
Dövlət Gömrük Komitəsindən (DGK) bildirilib ki, sözügedən tədbirdə ölkəmizi təmsil edən nümayəndə heyətinin tərkibində DGK Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin şöbə rəisi Səməd Qaralov iştirak edib. CAREC-lə yanaşı, Asiya İnkişaf Bankı (AİB), Beynəlxalq Valyuta Fondu, BMT-nin İnkişaf Proqramı və Dünya Bankının nümayəndələrinin qatıldığı tədbirdə bir çox məsələlər müzakirə edilib.
Həqiqət İSABALAYEVA
“Buraxılış vaxtının ölçülməsi” artıq ölkə gömrüyündə istifadə olunan proqram təminatında öz həllini tapıb
“Buraxılış vaxtının ölçülməsi” məsələsi artıq ölkə gömrüyündə istifadə olunan proqram təminatında öz həllini tapıb. Azərbaycan Dəyişdirilmiş Kioto Konvensiyasına qoşulduğundan və ona uyğun olaraq respublikada yeni Gömrük Məcəlləsi qüvvəyə mindiyindən, eləcə də risklərin modernləşdirilməsi Azərbaycan Gömrük Xidmətinin öz daxili qüvvəsi hesabına aparıldığından artıq bu məsələlər üzrə dəstəyə ehtiyac duyulmur.Bu fikirlər Asiya İnkişaf Bankının Şərqi Asiya Departamentinin məsul şəxsi Yin Çen və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndəsi arasında, AİB-in regional əməkdaşlıq məsələləri üzrə mütəxəssisi J.Prosakın da iştirakı ilə baş tutan görüşdə səsləndirilib. Görüş Filippinin paytaxtı Manila şəhərində Asiya İnkişaf Bankının Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı (CAREC) çərçivəsində keçirilən Yüksək Vəzifəli Rəsmilərin iclası zamanı reallaşıb.
Dövlət Gömrük Komitəsindən (DGK) bildirilib ki, sözügedən tədbirdə ölkəmizi təmsil edən nümayəndə heyətinin tərkibində DGK Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin şöbə rəisi Səməd Qaralov iştirak edib. CAREC-lə yanaşı, Asiya İnkişaf Bankı (AİB), Beynəlxalq Valyuta Fondu, BMT-nin İnkişaf Proqramı və Dünya Bankının nümayəndələrinin qatıldığı tədbirdə bir çox məsələlər müzakirə edilib.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 634
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır