12px13px15px17px
Tarix:21/07/14

Coğrafi informasiya sistemləri təhlükəli xəstəliklərə qalib gəlməyə kömək edəcək

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) coğrafi informasiya sistemi texnologiyaları vasitəsilə poliomielit xəstəliyinə birdəfəlik qalib gəlməyi planlaşdırır. Coğrafi informasiya sistemlərindən Yer kürəsində peyvənd edilməmiş insanları müəyyən etmək və 2018-ci ilədək bəşəriyyəti bu xəstəlikdən xilas etmək üçün istifadə olunacaq.

ÜST baş direktor köməkçisi Brüs Eylvardın bildirdiyinə görə, poliomielit üzərində qələbə üçün 5 yaşınadək bütün uşaqlar peyvənd edilməlidir. Lakin bunu etmək çox çətindir, çünki həmişə ucqar yerlərdə yaşayan və həkimlərlə əlaqəyə girməkdən yayınan onlarla virus daşıyıcısı qalır. Bu səbəbdən ÜST peyvənd edilməmiş uşaqların axtarışı üçün peyk çəkilişinə və "ESRI” şirkətinin "ArcGIS” kimi coğrafi informasiya sistemlərindən istifadəni planlaşdırır.

“10 il əvvəl biz Kambocada Mekonq çayı yaxınlığında yerləşən yaşayış yerlərini tapmaq üçün təyyarə icarə etmişdik. Hazırda isə bu üsuldan istifadə Hindistan kimi böyük ərazilər üçün əlverişli deyil”, - B.Eylvard deyib.
Coğrafi informasiya sistemlərindən peyvənd edilməmiş yaşayış yerlərinin müəyyənləşdirilməsi ilə yanaşı, gələcəkdə poliomielitin mümkün yayılmasının proqnozlaşdırılması üçün istifadə ediləcək.


Bundan başqa, ÜST Nigeriyada peyvəndlərin monitorinqi üçün mobil rabitə şəbəkəsindən istifadə təcrübəsinin uğurla başa çatması barədə məlumat verib. Mobil rabitə operatorları ilə birlikdə ÜST mütəxəssisləri monitor ekranlarında vaksinasiyanı həyata keçirən həkim heyətinin hərəkət istiqamətini izləyiblər.

Bununla səhlənkar işçilər tərəfindən peyvəndlərin yalnız kağız üzərində aparılması ilə bağlı fırıldaqçılıq və saxtalaşdırma hallarının sayı azalır. ÜST nümayəndələrinin sözlərinə görə, peyvəndlərə inamsızlıq, mənfi təbliğat və vaksinlərlə gizli ticarət poliomielit üzərində tam qələbəyə mane olan səbəblərdir. Təşkilat nümayəndələri ümid edirlər ki, müasir coğrafi informasiya sistemləri bu problemlərin ən azı müəyyən qismini həll etməyə kömək edəcək.  

Qeyd edək ki, poliomielit əsəb sistemini korlayan və bir anda ümumi iflicə səbəb olan virus xəstəliyidir. Əsasən 5 yaşınadək uşaqlar bu xəstəliyə düçar olur. 1950-ci illərdə vaksin kəşf edilməzdən əvvəl Rusiya və ABŞ kimi ölkələrdə hər il on milərlə uşaq poliomielit ilə xəstələnib. Onların yarısı ömürlük şikəst qalıb, 10 faizi isə vəfat edib - "CNews www.cnews.ru” yazır.
 
 
 



Baxış sayı: 642

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024