Tarix:21/07/14
Elektron Təhlükəsizlik Mərkəzinin direktoru Faiq Fərmanovun rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanın Ədliyyə Nazirliyinə məxsus “DataExchange” agentliyi ilə görüş keçirib. Görüşdə məqsəd Gürcüstanla Azərbaycan arasında kibertəhlükəsizlik mövzusunda əməkdaşlığın daha da inkişaf etdirilməsi, təcrübə mübadiləsinin gerçəkləşdirilməsi olub.
Görüş çərçivəsində bölgədə kibertəhlükəsizlik səviyyəsinin artırılması məqsədilə birgə əməkdaşlığa dair fikir mübadiləsi və müzakirələr aparılıb. Bundan başqa, Azərbaycandan olan nümayəndə heyəti Gürcüstanın kibertəhlükəsizlik sahəsində qanunvericilik və normativ-hüquqi aktlarla tanış olub.
Elektron Təhlükəsizlik Mərkəzinin direktoru F.Fərmanovun sözlərinə görə, ümumilikdə bu görüş kibertəhlükəsizlik sahəsində beynəlxalq əməkdaşlığın artırılması məqsədilə ölkəmiz üçün əhəmiyyətli və faydalı hesab oluna bilər.
CAHANGİR
Azərbaycanla Gürcüstan arasında kibertəhlükəsizlik sahəsində əməkdaşlıq genişlənir
İyulun 17-18-də Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin bir qrup əməkdaşı Gürcüstanın Ədliyyə Nazirliyinə məxsus Kibertəhlükəsizlik Mərkəzində olublar.Elektron Təhlükəsizlik Mərkəzinin direktoru Faiq Fərmanovun rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanın Ədliyyə Nazirliyinə məxsus “DataExchange” agentliyi ilə görüş keçirib. Görüşdə məqsəd Gürcüstanla Azərbaycan arasında kibertəhlükəsizlik mövzusunda əməkdaşlığın daha da inkişaf etdirilməsi, təcrübə mübadiləsinin gerçəkləşdirilməsi olub.
Görüş çərçivəsində bölgədə kibertəhlükəsizlik səviyyəsinin artırılması məqsədilə birgə əməkdaşlığa dair fikir mübadiləsi və müzakirələr aparılıb. Bundan başqa, Azərbaycandan olan nümayəndə heyəti Gürcüstanın kibertəhlükəsizlik sahəsində qanunvericilik və normativ-hüquqi aktlarla tanış olub.
Elektron Təhlükəsizlik Mərkəzinin direktoru F.Fərmanovun sözlərinə görə, ümumilikdə bu görüş kibertəhlükəsizlik sahəsində beynəlxalq əməkdaşlığın artırılması məqsədilə ölkəmiz üçün əhəmiyyətli və faydalı hesab oluna bilər.
CAHANGİR
Baxış sayı: 614
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır