Tarix:21/07/14
Tədqiqatçılar müəyyən ediblər ki, mətnin yığılma sürəti, kompüter “maus”unun hərəkət etdirmə üsulu və telefonu əldə saxlama qaydası kimi göstəricilər məlumat autentifikasiyası qismində istifadə oluna bilər. İstifadəçinin bu xüsusiyyətləri “elektron şəkildə müəyyənləşdirilən xarakterik xüsusiyyətlər” və ya “elektron DNK” (electronically Defined Natural Attributes, eDNA) adlanır.
“eDNA biz tədqiqatçılara sizin haqqınızda daha çox məlumat əldə etməyə imkan verir. DNK-nı saxtalaşdırmaq mümkün olmadığı kimi, internetə də özünü başqasının adı ilə qələmə verərək daxil olmaq qeyri-mümkün olacaq. Bu, barmaq izlərinin identifikasiyasından tutmuş, DNK-nın müəyyənləşdirilməsinə keçidə kimi insan haqqında məlumat toplama sahəsində böyük sıçrayışdır”, - E.Nil vurğulayıb.
“eDNA” vasitəsilə həmçinin insanın sərxoş vəziyyətdə olmasını və ya narkotiklər qəbul etməsini müəyyənləşdirmək olar. “Bu texnologiyanın köməyi ilə insanın indiyədək narkotik qəbul edib-etməməsini çox asanlıqla müəyyən etmək mümkündür. Biz sadəcə insanların özlərini təqdim edərkən saxtakarlığa yol verməmələrini müəyyən etmək üçün məlumat toplayırıq”, - şirkət rəhbəri əlavə edib, - "SecurityLab www.securitylab.ru” yazır.
Alimlər: “Gələcəkdə istifadəçinin identifikasiyası üçün “elektron DNK”-dan istifadə olunacaq”
Oksford Universiteti alimlərinin fikrincə, gələcəkdə fərdi kompüter və mobil qurğularda təhlükəsiz avtorizənin edilməsi üçün istifadəçilərin vərdişləri və fiziki xüsusiyyətlərindən istifadə ediləcək. Bu barədə “The Guardian” nəşri “Oxford BioChronometrics” şirkətinin rəhbəri Edrian Nilə istinadən məlumat verib.Tədqiqatçılar müəyyən ediblər ki, mətnin yığılma sürəti, kompüter “maus”unun hərəkət etdirmə üsulu və telefonu əldə saxlama qaydası kimi göstəricilər məlumat autentifikasiyası qismində istifadə oluna bilər. İstifadəçinin bu xüsusiyyətləri “elektron şəkildə müəyyənləşdirilən xarakterik xüsusiyyətlər” və ya “elektron DNK” (electronically Defined Natural Attributes, eDNA) adlanır.
“eDNA biz tədqiqatçılara sizin haqqınızda daha çox məlumat əldə etməyə imkan verir. DNK-nı saxtalaşdırmaq mümkün olmadığı kimi, internetə də özünü başqasının adı ilə qələmə verərək daxil olmaq qeyri-mümkün olacaq. Bu, barmaq izlərinin identifikasiyasından tutmuş, DNK-nın müəyyənləşdirilməsinə keçidə kimi insan haqqında məlumat toplama sahəsində böyük sıçrayışdır”, - E.Nil vurğulayıb.
“eDNA” vasitəsilə həmçinin insanın sərxoş vəziyyətdə olmasını və ya narkotiklər qəbul etməsini müəyyənləşdirmək olar. “Bu texnologiyanın köməyi ilə insanın indiyədək narkotik qəbul edib-etməməsini çox asanlıqla müəyyən etmək mümkündür. Biz sadəcə insanların özlərini təqdim edərkən saxtakarlığa yol verməmələrini müəyyən etmək üçün məlumat toplayırıq”, - şirkət rəhbəri əlavə edib, - "SecurityLab www.securitylab.ru” yazır.
Baxış sayı: 573
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır