12px13px15px17px
Tarix:21/07/14

Azərbaycanda yüksək texnologiyalar sahəsində fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr Çinə dəvət olunurlar

Azərbaycanda yüksək texnologiyalar sahəsində fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr Çinə dəvət olunurlar. Belə ki, 1-7 sentyabr 2014-cü il tarixlərində Çinin Urumçi şəhərində “4-cü Beynəlxalq Çin - Avrasiya Sərgisi” təşkil olunacaq.
 
Sərgi yüksək texnologiyalarla yanaşı, kənd təsərrüfatı, qida emalı, yaşıl enerji (green energy), infrastruktur, tikinti və digər mövzulara həsr olunacaq.
 
Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) məlumat verilib. AZPROMO-dan qeyd edilib ki, sərgidə iştirak etməyə maraq göstərənlər, eləcə də sərgi haqqında daha ətraflı məlumat əldə etmək istəyənlər Texniki və İqtisadi əməkdaşlıq üzrə Çin-Avropa Birliyinə (CEATEC; http://www.ceatec.org.cn) müraciət edə bilərlər.
 
 
Həqiqət İSABALAYEVA




Baxış sayı: 749

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024