Tarix:22/07/14
Bu tələb İtaliya daxil olmaqla bir sıra Avropa ölkələrinin tənzimləyici orqanlarının ötən il başladığı araşdırmanın nəticəsidir. Buna səbəb “Google”un 1 mart 2012-ci ildən müxtəlif internet servislərinin, o cümlədən “YouTube”, “Gmail”, “Google+” və başqa xidmət istifadəçilərinin fərdi məlumatlarını birləşdirən məxfilik siyasəti olub. Qeyd olunmalıdır ki, istifadəçilərin onların məlumatlarından “Google”un bütün xidmətləri arasında istifadəsindən imtina etmək imkanı da olmayıb.
İtaliya Məlumatların Mühafizəsi İdarəsinin nümayəndələri bəyan ediblər ki, "Google” istifadəçilərdən onların məlumatları ilə işləmək üçün icazə almalı, eləcə də hansı məlumatlardan kommersiya məqsədləri üçün istifadənin mümkünlüyünü dəqiq izah etməlidir.
İdarə təmsilçiləri vurğulayıblar ki, “Google” Avropa İttifaqının qanunlarına riayət etməkdə irəliləyişə nail olsa da, şirkətin praktikası normalara (məsələn, qanunların fərdi məlumatlardan kommersiya məqsədləri üçün istifadəyə razılığın alınması və ya fərdi informasiyanın saxlanma müddəti fəsillərində) tam uyğun deyil.
Bundan başqa, Avropa qanunvericiliyinə görə, "Google” müraciət edildiyi halda iki ay ərzində aktiv istifadəçilərin məlumatlarını silməlidir.
“Google” rəhbərliyi Avropanın tənzimləyici orqanları ilə əməkdaşlıq çərçivəsində sentyabrda iş siyasətinin qanuna uyğunlaşdırılması ilə bağlı fikirlərinin yer alacağı sənədi təqdim edəcək.
Şirkət qanuna əməl etməyəcəyi təqdirdə 1 milyon avro cərimə edilə bilər. Fransa və İspaniyanın tənzimləyici orqanları artıq “Google”u fərdi məlumatlar haqqında yerli qanunları pozduğuna görə cərimələyib, - "Lenta www.lenta.ru” yazır.
İtaliya axtarış sistemindən fərdi məlumatlarla iş prinsipini dəyişməyi tələb edib
İtaliyanın tənzimləyici orqanları “Google” şirkətindən 18 ay ərzində istifadəçilərin fərdi məlumatları ilə iş siyasətini dəyişməyi tələb edib. Bu barədə “Reuters” agentliyi məlumat verib.Bu tələb İtaliya daxil olmaqla bir sıra Avropa ölkələrinin tənzimləyici orqanlarının ötən il başladığı araşdırmanın nəticəsidir. Buna səbəb “Google”un 1 mart 2012-ci ildən müxtəlif internet servislərinin, o cümlədən “YouTube”, “Gmail”, “Google+” və başqa xidmət istifadəçilərinin fərdi məlumatlarını birləşdirən məxfilik siyasəti olub. Qeyd olunmalıdır ki, istifadəçilərin onların məlumatlarından “Google”un bütün xidmətləri arasında istifadəsindən imtina etmək imkanı da olmayıb.
İtaliya Məlumatların Mühafizəsi İdarəsinin nümayəndələri bəyan ediblər ki, "Google” istifadəçilərdən onların məlumatları ilə işləmək üçün icazə almalı, eləcə də hansı məlumatlardan kommersiya məqsədləri üçün istifadənin mümkünlüyünü dəqiq izah etməlidir.
İdarə təmsilçiləri vurğulayıblar ki, “Google” Avropa İttifaqının qanunlarına riayət etməkdə irəliləyişə nail olsa da, şirkətin praktikası normalara (məsələn, qanunların fərdi məlumatlardan kommersiya məqsədləri üçün istifadəyə razılığın alınması və ya fərdi informasiyanın saxlanma müddəti fəsillərində) tam uyğun deyil.
Bundan başqa, Avropa qanunvericiliyinə görə, "Google” müraciət edildiyi halda iki ay ərzində aktiv istifadəçilərin məlumatlarını silməlidir.
“Google” rəhbərliyi Avropanın tənzimləyici orqanları ilə əməkdaşlıq çərçivəsində sentyabrda iş siyasətinin qanuna uyğunlaşdırılması ilə bağlı fikirlərinin yer alacağı sənədi təqdim edəcək.
Şirkət qanuna əməl etməyəcəyi təqdirdə 1 milyon avro cərimə edilə bilər. Fransa və İspaniyanın tənzimləyici orqanları artıq “Google”u fərdi məlumatlar haqqında yerli qanunları pozduğuna görə cərimələyib, - "Lenta www.lenta.ru” yazır.
Baxış sayı: 715
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib