Tarix:22/07/14
Belə ki, M.Cabbarov 2014-2015-ci tədris ilində xarici ölkələrin ali təhsil müəssisələrində Dövlət Proqramı çərçivəsində təhsil almaq üçün Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən təsdiq olunmuş tələbələrin bir qrupu ilə görüşüb.
Təhsil Nazirliyindən bildirilib ki, görüş zamanı Azərbaycan gənclərinin dünyanın ən aparıcı ali məktəblərində təhsil almasının əhəmiyyətinə toxunan nazir onların ölkəmizin dinamik inkişaf prosesinə layiqli töhfələr verəcəyinə əminliyini ifadə edib: "Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ötən əsrin 70-80-ci illərindən azərbaycanlı gənclərin SSRİ-nin nüfuzlu ali məktəblərində oxumağa göndərilməsi ilə yaxşı bir ənənənin əsası qoyulub.
Müstəqilliyimizin bərpasından qısa müddət keçməsinə baxmayaraq, hər il minlərlə azərbaycanlı tələbə dünyanın aparıcı universitetlərinə qəbul olur, xarici dillərdə təhsillərini davam etdirir. Bu da onların Azərbaycanda aldıqları möhkəm təhsil təməllərinə arxalanır".
Qeyd edək ki, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"na 2014-2015-ci tədris ili üçün sənəd qəbulu 22 may - 08 avqust tarixlərini əhatə edir. Sənəd qəbulu prosesi və müsahibələr hazırda davam edir. Ötən il olduğu kimi, müsahibələrdə Təhsil Nazirliyinin əməkdaşları ilə yanaşı, digər dövlət qurumları və ali təhsil müəssisələrinin nümayəndələri iştirak edirlər. Bu amil seçimlərin şəffaf aparılmasına və daha layiqli namizədlərin seçilməsinə əlverişli zəmin yaradır. Müsahibə zamanı namizədlərin müvafiq tədris dilini yüksək səviyyədə bilməsi, tədris alacağı ixtisas üzrə biliklərinin yetərli səviyyədə olması, təhsillərini başa vurduqdan sonra qayıdaraq ölkəmizin inkişafına töhfə vermək niyyəti əsas seçim meyarları kimi tətbiq olunur. 2007-2013-cü illərdə Dövlət Proqramı çərçivəsində xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanmış gənclərin ümumi sayı 2612 nəfərdir. Ümumiyyətlə, 2014-2015-ci tədris ilində azərbaycanlı gənclər Dövlət Proqramı çərçivəsində dünyanın 33 ölkəsinin 544 ali təhsil müəssisəsində təhsil ala biləcəklər.
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Azərbaycan gənclərinin növbəti tədris ilində xaricdə təhsil almaları məqsədilə seçilmiş ali təhsil müəssisələrinin və xaricdə təhsil proqramının prioritet ixtisas istiqamətlərinin siyahıları təsdiq olunub.
İxtisas istiqamətlərinə informasiya texnologiyaları, mühəndislik, nanotexnologiyalar, fizika, riyaziyyat, iqtisadiyyat və s. daxildir.
Seçilmiş ali təhsil müəssisələrinə gəlincə, bu siyahıya ABŞ-ın Kaliforniya Texnologiya İnstitutu, Corciya Texnologiya İnstitutu, Massaçusets Texnologiya İnstitutu, Almaniyanın Karlsruye Texnologiya İnstitutu, Berlin Texniki Universiteti, Bransvik Texniki Universiteti, Klaustal Texniki Universiteti, Darmştadt Texniki Universiteti, Dortmund Texniki Universiteti, Drezden Texniki Universiteti, Münhen Texniki Universiteti, Avstraliyanın Kertin Texnologiya Universiteti, Kvinslenda Texnologiya Universiteti, Sidney Texnologiya Universiteti, Avstriyanın Graz Texnologiya Universiteti, Vyana Texnologiya Universiteti, Belarus Dövlət İnformatika və Radioelektronika Universiteti, Belarus Milli Texniki Universiteti, Çexiya Texniki Universiteti daxildir. Bundan başqa, siyahıda Honkonq Elm və Texnologiya Universiteti, Çinin Huazhong Elm və Texnologiya Universiteti, Çin Elm və Texnologiya Universiteti, Estoniyadan Tallin Texnologiya Universiteti, Finlandiyadan Helsinki Texnologiya Universiteti, İsveçdən Çalmersa Texnologiya Universiteti, Kral Texnologiya İnstitutu, Koreya Müasir Elm və Texnologiya İnstitutu, Pxoxan Elm və Texnologiya Universiteti və digər qabaqcıl ali təhsil müəssisələrinin adları yer alıb.
Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən müsbət rəy verilmiş ilk tələbələrin bir qrupuna gəldikdə, onlar təhsilini Böyük Britaniya, Türkiyə, İsveçrə, Kanada, Niderland Krallığı, Avstraliya, Almaniya, Polşa, Fransa, ABŞ, Finlandiya, İtaliya, Rusiya Federasiyası, Belçika, İspaniya və İsveçdə bakalavriat, magistratura, rezidentura və fəlsəfə doktoru səviyyələrində davam etdirəcəklər. Bu tələbələr arasında Harvard, Kembric, Lund, Melburn universitetləri və Parisin Ali Kommersiya Məktəbi kimi dünyanın aparıcı ali təhsil müəssisələrinə qəbul olunmuş gənclərimiz yer alır.
Həqiqət İSABALAYEVA
Dövlət Proqramı çərçivəsində xaricdə təhsil almaq hüququ qazanmış yeni tələbələrə ilk dəfə olaraq “DP təqaüd kart”ları təqdim edilib
Dövlət Proqramı çərçivəsində xaricdə təhsil almaq hüququ qazanmış yeni tələbələrə ilk dəfə olaraq "DP təqaüd kart"ları təqdim edilib. Kartlar sahiblərinə təhsil naziri Mikayıl Cabbarovla keçirilən görüşdə verilib.Belə ki, M.Cabbarov 2014-2015-ci tədris ilində xarici ölkələrin ali təhsil müəssisələrində Dövlət Proqramı çərçivəsində təhsil almaq üçün Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən təsdiq olunmuş tələbələrin bir qrupu ilə görüşüb.
Təhsil Nazirliyindən bildirilib ki, görüş zamanı Azərbaycan gənclərinin dünyanın ən aparıcı ali məktəblərində təhsil almasının əhəmiyyətinə toxunan nazir onların ölkəmizin dinamik inkişaf prosesinə layiqli töhfələr verəcəyinə əminliyini ifadə edib: "Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ötən əsrin 70-80-ci illərindən azərbaycanlı gənclərin SSRİ-nin nüfuzlu ali məktəblərində oxumağa göndərilməsi ilə yaxşı bir ənənənin əsası qoyulub.
Müstəqilliyimizin bərpasından qısa müddət keçməsinə baxmayaraq, hər il minlərlə azərbaycanlı tələbə dünyanın aparıcı universitetlərinə qəbul olur, xarici dillərdə təhsillərini davam etdirir. Bu da onların Azərbaycanda aldıqları möhkəm təhsil təməllərinə arxalanır".
Qeyd edək ki, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"na 2014-2015-ci tədris ili üçün sənəd qəbulu 22 may - 08 avqust tarixlərini əhatə edir. Sənəd qəbulu prosesi və müsahibələr hazırda davam edir. Ötən il olduğu kimi, müsahibələrdə Təhsil Nazirliyinin əməkdaşları ilə yanaşı, digər dövlət qurumları və ali təhsil müəssisələrinin nümayəndələri iştirak edirlər. Bu amil seçimlərin şəffaf aparılmasına və daha layiqli namizədlərin seçilməsinə əlverişli zəmin yaradır. Müsahibə zamanı namizədlərin müvafiq tədris dilini yüksək səviyyədə bilməsi, tədris alacağı ixtisas üzrə biliklərinin yetərli səviyyədə olması, təhsillərini başa vurduqdan sonra qayıdaraq ölkəmizin inkişafına töhfə vermək niyyəti əsas seçim meyarları kimi tətbiq olunur. 2007-2013-cü illərdə Dövlət Proqramı çərçivəsində xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanmış gənclərin ümumi sayı 2612 nəfərdir. Ümumiyyətlə, 2014-2015-ci tədris ilində azərbaycanlı gənclər Dövlət Proqramı çərçivəsində dünyanın 33 ölkəsinin 544 ali təhsil müəssisəsində təhsil ala biləcəklər.
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Azərbaycan gənclərinin növbəti tədris ilində xaricdə təhsil almaları məqsədilə seçilmiş ali təhsil müəssisələrinin və xaricdə təhsil proqramının prioritet ixtisas istiqamətlərinin siyahıları təsdiq olunub.
İxtisas istiqamətlərinə informasiya texnologiyaları, mühəndislik, nanotexnologiyalar, fizika, riyaziyyat, iqtisadiyyat və s. daxildir.
Seçilmiş ali təhsil müəssisələrinə gəlincə, bu siyahıya ABŞ-ın Kaliforniya Texnologiya İnstitutu, Corciya Texnologiya İnstitutu, Massaçusets Texnologiya İnstitutu, Almaniyanın Karlsruye Texnologiya İnstitutu, Berlin Texniki Universiteti, Bransvik Texniki Universiteti, Klaustal Texniki Universiteti, Darmştadt Texniki Universiteti, Dortmund Texniki Universiteti, Drezden Texniki Universiteti, Münhen Texniki Universiteti, Avstraliyanın Kertin Texnologiya Universiteti, Kvinslenda Texnologiya Universiteti, Sidney Texnologiya Universiteti, Avstriyanın Graz Texnologiya Universiteti, Vyana Texnologiya Universiteti, Belarus Dövlət İnformatika və Radioelektronika Universiteti, Belarus Milli Texniki Universiteti, Çexiya Texniki Universiteti daxildir. Bundan başqa, siyahıda Honkonq Elm və Texnologiya Universiteti, Çinin Huazhong Elm və Texnologiya Universiteti, Çin Elm və Texnologiya Universiteti, Estoniyadan Tallin Texnologiya Universiteti, Finlandiyadan Helsinki Texnologiya Universiteti, İsveçdən Çalmersa Texnologiya Universiteti, Kral Texnologiya İnstitutu, Koreya Müasir Elm və Texnologiya İnstitutu, Pxoxan Elm və Texnologiya Universiteti və digər qabaqcıl ali təhsil müəssisələrinin adları yer alıb.
Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən müsbət rəy verilmiş ilk tələbələrin bir qrupuna gəldikdə, onlar təhsilini Böyük Britaniya, Türkiyə, İsveçrə, Kanada, Niderland Krallığı, Avstraliya, Almaniya, Polşa, Fransa, ABŞ, Finlandiya, İtaliya, Rusiya Federasiyası, Belçika, İspaniya və İsveçdə bakalavriat, magistratura, rezidentura və fəlsəfə doktoru səviyyələrində davam etdirəcəklər. Bu tələbələr arasında Harvard, Kembric, Lund, Melburn universitetləri və Parisin Ali Kommersiya Məktəbi kimi dünyanın aparıcı ali təhsil müəssisələrinə qəbul olunmuş gənclərimiz yer alır.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 1010
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır