12px13px15px17px
Tarix:23/07/14

Azərbaycan, Fransa və Türkiyə arasında biotexnologiya üzrə yeni əməkdaşlıq istiqamətləri müzakirə olunub

AMEA Genetik Ehtiyatlar İnstitutu (GEİ), Fransanın Aqrar Tədqiqatlar Mərkəzi (İNRA) və Türkiyənin İnönü Universiteti arasında biotexnologiya və genomika sahələri üzrə yeni əməkdaşlığın qurulması və gələcəkdə digər beynəlxalq layihələrdə birgə iştirak məsələləri müzakirə olunub.
 
Müzakirələr üç qurum arasında keçirilən görüşdə baş tutub. Belə ki, AMEA Genetik Ehtiyatlar İnstitutunun (GEİ) direktoru, AMEA-nın müxbir üzvü, aqrar elmlər üzrə elmlər doktoru Zeynal Əkbərov Fransanın Aqrar Tədqiqatlar Mərkəzi və Türkiyənin İnönü Universitetinin alimləri ilə görüş keçirib. İnstitutdan qeyd edilib ki, məqsəd xəstəliklərə davamlı genotiplərin aşkar edilməsi, ekspedisiya və təlim kurslarının keçirilməsidir.
 
 
Qeyd edək ki, Avropa Komissiyasının Mariya Küri Tədqiqatçı Mübadiləsi Proqramının “Avropa, Mərkəzi Asiya və Qafqazda çəyirdəkli meyvə bitkilərinin genetik müxtəlifliyi” layihəsi çərçivəsində Azərbaycanda səfərdə olan qonaqlar avqustun 15-nə kimi GEİ-nun alimləri ilə birgə tədqiqat işləri aparacaq və institutun seminarında çıxış edəcəklər.
 
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 719

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024