12px13px15px17px
Tarix:24/07/14

Təşkilatların ¾ hissəsi əməkdaşlara istifadə üçün planşet və noutbuklar verir

Korporativ mobil qurğular çox geniş yayılıb. Belə ki, təşkilatların təxminən ¾ hissəsi əməkdaşlara istifadə üçün noutbuk (74 faiz) və smartfonlar (71 faiz) verir. Planşetlərdən hazırda rəyi soruşulan şirkətlərin yarısında (47 faiz) istifadə olunur, lakin yaxın üç ildə əksər resurs tutumlu mobil əlavələrin planşet qurğulara keçməsi sayəsində planşetlərin onlara çatacağı gözlənilir.  

“Frost & Sullivan” şirkəti tərəfindən keçirilən “İstifadəçi sorğusu: ABŞ və Avropada mobil qurğuların gələcəyi” (The Future of Mobile Devices from a Customer Perspective -United States and Europe) adlı tədqiqatdan məlum olub ki, sorğuya görə, 2016-cı ilədək smartfonlardan istifadə 66 faizdən 58 faizədək aşağı düşə bilər, halbuki planşetlərdən istifadənin 49 faizdən 56 faizədək artacağı gözlənilir.


Maraqlıdır ki, təşkilatların 60 faizi fərdi qurğuların korporativ şəbəkələrə qoşulmasına icazə versələr də, bu qurğulardan istifadə ilə bağlı rəsmi siyasət (bring your own device - BYOD) beş şirkətdən yalnız ikisində qəbul olunub. Bu barədə şirkətlərin İT bölmələrinin rəhbərləri bildirib.

“İri şirkətlərin təxminən 58 faizi “BYOD” sahəsində öz siyasətini formalaşdırıb, lakin kiçik biznes arasında bu göstərici 20 faizə bərabərdir”, - “Frost & Sullivan”ın analitiki Karolina Olşevskaya deyib.

Biznesdə mobil qurğuların tətbiqi ilə bağlı vəziyyət sürətlə dəyişir. Buna sübut “Android” əməliyyat sisteminin populyarlığının artmasıdır. Hazırda bu sistem korporativ mobil qurğular üçün daha çox yayılmış (56 faiz) platformadır. Sonrakı yerlərdə “iOS” (41 faiz), “Windows Mobile” (30 faiz) və “BlackBerry” (28 faiz) əməliyyat sistemləri qərarlaşıb.

Tədqiqata daxil olan 2013-cü ilin sahələrindən korporativ smartfonlar daha fəal bank, maliyyə və sığorta biznesində tətbiq edilir. Lakin istehsal sahələrində planşet kompüterlər liderlik edir.

“Əməkdaşların 62 faizi ofis şəraitində çalışır. Daima səfərlərdə olan əməkdaşların sayı 22 faiz, məsafədə çalışanların isə  16 faiz təşkil edir. Bu trendin yaxın üç ildə əhəmiyyətli dərəcədə dəyişəcəyinə ümid olmasa da, ofis işçilərinin sayı çox güman ki, bir qədər azalacaq, mobil və məsafəli əməkdaşların sayı isə artacaq. Bu isə öz növbəsində smartfon və planşetlərin tətbiqi üçün əlavə imkanlar açacaq”, - K. Olşevskaya vurğulayıb, - "Cybersecurity www.cybersecurity.ru” yazır.  




Baxış sayı: 542

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Aprel 2024

15 04 2024