12px13px15px17px
Tarix:24/07/14

Hərbi hissələrdə şəhərlərarası taksofonlar qurulub

Regionlarda olan bütün hərbi hissələrdə şəhərlərarası taksofonlar qurulub. Bu məqsədlə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Aztelekom" İstehsalat Birliyinə verdiyi tapşırıq yüksək səviyyədə icra olunub.

"Aztelekom" İB-nin baş direktoru Məhəmməd Məmmədovun imzası ilə bütün telekommunikasiya qovşaqlarına göndərilən məktubun icrası istiqamətində atılan addım kimi xidmət ərazisində olan Müdafiə Nazirliyinin bütün hərbi hissələrində qurulan taksofonlar istismardadır. Bununla əlaqədar olaraq tələbata uyğun telefon nömrələri ayrılıb. Ayrılmış nömrələrin yalnız 123-124 (tac kart) prefiksinə çıxışı təmin edilib. Hərbi hissələrdə mobil telefonların istifadəsi qadağan olunduğundan və əsgərlərin taksofon xidmətindən kütləvi istifadəsini nəzərə alaraq taksofonların texniki və estetik vəziyyətini daima nəzarətdə saxlamaqla  yerlərdə əvvəlcədən ödəniş "tac kart"ların satışı təmin olunub.

Eyni zamanda taksofonlarda istifadə qaydaları və yeni şəhərlərarası yığım kodları haqda məlumatlarla təmin edilib.

 Xatırladaq ki "tac kart" sistemi rabitə sahəsində debitor sisteminə alternativ yaradılan kreditor sistemidir. Belə ki, abunəçi debitor sistemində apardığı beynəlxalq və şəhərlərarası danışıqların haqqını ona göstərilən xidmətdən sonra, "tac kart" sistemində isə danışığı telefonun balansına pul vəsaiti qoymaqla həyata keçirir. Abunəçilər "tac kart" sisteminə qoşulmaq üçün əvvəlcə 2,4 və 10 manatlıq "sim-sim kart"a bənzər "tac kart" əldə etməlidir. Bundan sonra o, mənzilindəki telefonundan əvvəlcə 124 nömrəsini yığmaqla balansını öyrənir və "tac kart"ın üzərindəki pin kodu daxil etməklə balansına pul vəsaiti (kontur) yükləyir.

      Bundan sonra abunəçi beynəlxalq və şəhərlərarası danışıq aparmaq üçün 123 kodunu yığaraq stansiyasının hazırlıq siqnalını alır və bundan sonra nömrəni yığır.

Qeyd edək ki, bundan əvvəl bir çox hərbi hissələrin yaxınlığında poçt şöbələri və ayrıca danışıq məntəqələri fəaliyyət göstərməklə xidmət təmin olunurdusa, yeniliyin tətbiqindən sonra bu işlər daha modern şəkildə qurulub.

RƏVAN
 



Baxış sayı: 729

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024