Tarix:24/07/14
Bu fikri əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN-in) Bakının Binəqədi rayonu üzrə 6 saylı Tibbi-Sosial Ekspert Komissiyası (TSEK) binasının əsaslı təmirdən sonra açılış mərasimində bildirib. Nazirin sözlərinə görə, hazırda ölkə üzrə TSEK-lərin müvafiq əməkdaşları üçün keçirilən treninqlərdə tibbi-sosial ekspertiza və reabilitasiya xidməti personalına bu sistemdə işləmək bacarıqları aşılanır.
S.Müslümov eyni zamanda, bütün yerli qurumlar kimi, TSEK-lərdə də müasir tələblərə uyğun iş şəraitinin yaradılmasının diqqətdə saxlanıldığını bildirib:
“Nazirliyin bir sıra yerli qurumlarının ümumi iş şəraiti normaldır. Lakin bununla belə nazirliyin ayrı-ayrı yerli strukturlarının bir çoxunda mövcud iş şəraiti qənaətbəxş olmadığından həm əməkdaşların normal əmək fəaliyyəti, həm də müraciət edən vətəndaşlara lazımi xidmət göstərilməsi üçün uyğun deyil. Hazırda biz həmin qurumlarda, o cümlədən TSEK-lərdə müasir tələblərə uyğun iş şəraitinin yaradılması üçün müvafiq işlər aparırıq. Bu, ilk addımdır və hesab edirəm ki, yaxın vaxtlarda bu proses də uğurla başa çatdırılacaq”.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən qeyd edilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Tibbi-Sosial Ekspert Komissiyalarının (TSEK) müasir tələblərə uyğun iş şəraiti və tibbi avadanlıqlarla təmin olunmasına başlanılıb. Sözügedən mərasim bu istiqamətdə ilk tədbirdir.
Həqiqət İSABALAYEVA
Səlim Müslümov: “Əlillik təyinatları ilə bağlı aidiyyəti təşkilatlar arasında məlumat mübadiləsi tam avtomatlaşdırılacaq”
“Azərbaycanda əlillik təyinatı mexanizminin müasir tələblərə uyğun olaraq elektron məlumat mübadiləsi sistemi üzərində qurulması işlərinə başlanılıb. Tezliklə istifadəyə veriləcək yeni sistem əlilliyi olan şəxslər, onların xəstəlikləri barədə dolğun məlumat bazasını formalaşdıracaq, bu sahəyə birbaşa və çevik nəzarət imkanları yaradacaq. Hazırlanmış müvafiq proqram təminatı əsasında əlilliyin müəyyən olunması proseduru və əlillik təyinatları ilə bağlı aidiyyəti təşkilatlar arasında məlumat mübadiləsi tam avtomatlaşdırılacaq. Bu prosesə başlanması əlillik təyinatları zamanı neqativ hallara şərait yaradan məmur-vətəndaş əlaqəsinin, əlillik təyinatı ilə bağlı kağız formasında arayışların daşınması praktikasının, süründürməçilik hallarının və s. aradan qalxmasına səbəb olacaq”.Bu fikri əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN-in) Bakının Binəqədi rayonu üzrə 6 saylı Tibbi-Sosial Ekspert Komissiyası (TSEK) binasının əsaslı təmirdən sonra açılış mərasimində bildirib. Nazirin sözlərinə görə, hazırda ölkə üzrə TSEK-lərin müvafiq əməkdaşları üçün keçirilən treninqlərdə tibbi-sosial ekspertiza və reabilitasiya xidməti personalına bu sistemdə işləmək bacarıqları aşılanır.
S.Müslümov eyni zamanda, bütün yerli qurumlar kimi, TSEK-lərdə də müasir tələblərə uyğun iş şəraitinin yaradılmasının diqqətdə saxlanıldığını bildirib:
“Nazirliyin bir sıra yerli qurumlarının ümumi iş şəraiti normaldır. Lakin bununla belə nazirliyin ayrı-ayrı yerli strukturlarının bir çoxunda mövcud iş şəraiti qənaətbəxş olmadığından həm əməkdaşların normal əmək fəaliyyəti, həm də müraciət edən vətəndaşlara lazımi xidmət göstərilməsi üçün uyğun deyil. Hazırda biz həmin qurumlarda, o cümlədən TSEK-lərdə müasir tələblərə uyğun iş şəraitinin yaradılması üçün müvafiq işlər aparırıq. Bu, ilk addımdır və hesab edirəm ki, yaxın vaxtlarda bu proses də uğurla başa çatdırılacaq”.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən qeyd edilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Tibbi-Sosial Ekspert Komissiyalarının (TSEK) müasir tələblərə uyğun iş şəraiti və tibbi avadanlıqlarla təmin olunmasına başlanılıb. Sözügedən mərasim bu istiqamətdə ilk tədbirdir.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 605
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır