Tarix:25/07/14
Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) 2014-cü ilin 6 ayının yekunları ilə bağlı kollegiya iclası keçirilib.
İclasda rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında nitqindən irəli gələn vəzifələr barədə danışaraq, respublikada aparılan uğurlu iqtisadi islahatlar nəticəsində qeyri-neft sektorunun dinamik inkişafına və artım tempinə nail olunduğunu qeyd edib.
Rabitə və yüksək texnologiyalar sektorunda uğurlu inkişaf tendensiyasının davam etdiyini vurğulayan nazir əldə edilən nailiyyətlərin beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirildiyini diqqətə çatdırıb. Belə ki, Dünya İqtisadi Forumunun “Qlobal İnformasiya Texnologiyaları 2014” (“The Global Information Technology Report 2014”) hesabatında Azərbaycan “Şəbəkələşmə Hazırlığı İndeksi”nə görə əvvəlki mövqeyindən 7 pillə irəliləyərək dünyanın 148 ölkəsi arasında 49-cu yerə yüksəlib. Ölkəmiz hər 100 nəfərə düşən internet istifadəçilərinin sayına görə 148 ölkə arasında 59-cu yeri tutmaqla MDB-də liderlik mövqeyini qoruyub saxlayır. BMT-nin ənənəvi olaraq hər iki ildən bir nəşr etdiyi “E-Hökumət müayinəsi 2014” adlı hesabatın builki nəşrində Azərbaycan 193 ölkə arasında “Elektron hökumətin inkişafı indeksi” üzrə əvvəlki mövqeyini 28 pillə artıraraq 96-cı yerdən 68-ci yerə yüksəlib.
Daha sonra kollegiya iclasında 6 ay ərzində rabitə və yüksək texnologiyalar sahəsində görülmüş işlər və əldə olunan nəticələr barədə məruzə dinlənilib. Bildirilib ki, 2014-cü ilin I yarımilliyi ərzində İKT, informasiya və poçt sektorunda əldə olunan gəlirlərin həcmi müqayisəli qiymətlərlə ötən ilin müvafiq dövrünə nisbətən 13,0% artıb. Hazırda ölkədə hər 100 nəfərə düşən mobil abunəçilərin sayı 110-a bərabərdir. Eyni zamanda ölkədə hər 100 nəfərə düşən internet istifadəçilərinin sayı 73-ə, genişzolaqlı internet istifadəçilərinin sayı 55-ə, kompüter istifadəçilərinin sayı isə 62-yə bərabərdir. Ölkədə əhalinin internet xidmətlərinə tələbatının artmasının və yaradılmış texniki imkanlığın nəticəsidir ki, beynəlxalq internet kanallarının ümumi tutumu 250 Gb/s-ə çatdırılıb. Eyni zamanda ölkə əhalisinin yaşadığı ərazilərin 97,5%-i açıq paketlə (10-12 kanal) rəqəmli televiziya yayımı ilə təmin edilib.
Sonra məruzə ətrafında RYTN-in bir sıra birlik və müəssisə rəhbərlərinin çıxışları dinlənilib, cari və həlli vacib məsələlər müzakirə edilib.
Kollegiyaya yekun vuran nazir Əli Abbasov müvafiq fərman, sərəncam və dövlət proqramlarında RYTN-lə bağlı məsələlərin birmənalı şəkildə icrasının vacibliyini diqqətə çatdırıb. Nazirliyin fəaliyyətinin səmərəli təşkili ilə bağlı yeni və əsas istiqamətləri önə çəkən Ə.Abbasov kosmik sahənin, o cümlədən peyk infrastrukturunun inkişafı və müxtəlif təyinatlı peyklərin orbitə çıxarılması ilə bağlı nəzərdə tutulan tədbirlərin davam etdirilməsi, internet xidmətlərinin keyfiyyətinin daha da yüksəldilməsi, operatorlararası qarşılıqlı münasibətlərin tənzimlənməsi, mobil nömrə daşınmasının effektivliyinin artırılması, genişzolaqlı rabitənin təşkilinə başlanılması üçün müvafiq tədbirlərin görülməsi, elektron xidmətlərin tətbiqinin genişləndirilməsi, telekommunikasiya və poçt xidməti şəbəkəsinin modernləşdirilməsi, poçt xidmətlərinin çeşidinin artırılması və əlavə xidmətlərin təşkili, istifadəçilərə göstərilən xidmət səviyyəsinin yüksəldilməsi, həmçinin vətəndaşlardan RYTN-ə daxil olan müraciətlərin diqqətlə araşdırılması və qarşılaşdıqları problemlərin operativ həlli üzrə zəruri tədbirlərin görülməsi, kibertəhlükəsizlik sahəsində insidentlərə qarşı mübarizə infrastrukturunun gücləndirilməsi, ölkə ərazisində televiziya və radio proqramlarının yayım keyfiyyətinin və əhatə zonasının genişləndirilməsi, rəqəmli yayıma keçidin tam başa çatdırılması, habelə 2015-ci ildə keçiriləcək ilk Avropa Yay Olimpiya Oyunlarında keyfiyyətli və dayanıqlı telekommunikasiya xidmətlərinin təmin edilməsi istiqamətində nazirliyin struktur bölmələrinə konkret tapşırıq və göstərişlərini verib.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyində 2014-cü ilin 6 ayının yekunları ilə bağlı kollegiya iclası keçirilib

Baxış sayı: 942
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı