Tarix:25/07/14
Qeyd edək ki, layihənin əsas məqsədi əhalinin müxtəlif sosial təbəqələrinə müasir kompüterlər və lisenziyalı proqram təminatı almaq üçün şərait yaratmaq, regionlarda İKT-nin geniş tətbiqi vasitəsilə "rəqəmli fərqliliyi" aradan qaldırmaq və Azərbaycan hökumətinin informasiya cəmiyyəti və "Elektron hökumət"in inkişafına yönəlmiş fəaliyyətlərini dəstəkləməkdir.
Xalq kompüteri" layihəsi çərçivəsində Azərbaycan orta məktəblərinin müəllimləri, şagirdləri, ali məktəb tələbələri və təhsil sektorunun işçiləri güzəştli şərtlərlə kompüterlər almaq imkanı əldə ediblər. Layihədə təqdim edilən kompüter və noutbuklar lisenziyalı proqram təminatına malikdir və bazar qiymətlərindən 25 faizdən 40 faizə qədər aşağı qiymətə, 12 ay müddətinə faizsiz kreditlə təqdim edilir. İstifadəçilər öz istəyi ilə əlavə olaraq "DrWEB" anti-virus proqram təminatı, ADSL modemləri və "Azercell" mobil rabitə operatorunun DATA-kartı da əldə edə bilərlər.
Layihə çərçivəsində "HP" şirkətinin mini-noutları (MiniNote), noutbukları (Laptop) və stolüstü kompüterləri (Desktop) təqdim olunur. Bütün bu avadanlıqlarda "Microsoft" şirkətinin lisenziyalı proqram təminatı quraşdırılmışdır. Bu, Azərbaycanın Təhsil Nazirliyi və "Microsoft" korporasiyası arasında imzalanmış Məktəb Sazişi çərçivəsində həyata keçirilir. Bütün kompüter alan müəllimlərə əlavə olaraq Təhsil Nazirliyi tərəfindən elektron dərsliklər verilir.
Kompüterlərin çatdırılması və aylıq ödəmələrin qəbulu "Azərpoçt" MMC tərəfindən təmin edilir. Layihə "Azərpoçt" və "HP"-nin və "Microsoft"un lokal tərəfdaşı olan "BestComp Group" şirkəti tərəfindən həyata keçirilir.
Həqiqət İSABALAYEVA
“Xalq kompüteri” layihəsi üzrə 23 035 nəfər kompüter əldə edib
İnformasiya texnologiyalarının cəmiyyətə nüfuzetmə səviyyəsini artırmaq, əhalinin kompüterlərlə təminatını yaxşılaşdırmaq məqsədilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü və Təhsil Nazirliyinin təşkilati dəstəyi ilə həyata keçirilən "Xalq kompüteri" layihəsi davam edir. Hal-hazırda 23 035 nəfər layihə iştirakçısı kompüter əldə edib.Qeyd edək ki, layihənin əsas məqsədi əhalinin müxtəlif sosial təbəqələrinə müasir kompüterlər və lisenziyalı proqram təminatı almaq üçün şərait yaratmaq, regionlarda İKT-nin geniş tətbiqi vasitəsilə "rəqəmli fərqliliyi" aradan qaldırmaq və Azərbaycan hökumətinin informasiya cəmiyyəti və "Elektron hökumət"in inkişafına yönəlmiş fəaliyyətlərini dəstəkləməkdir.
Xalq kompüteri" layihəsi çərçivəsində Azərbaycan orta məktəblərinin müəllimləri, şagirdləri, ali məktəb tələbələri və təhsil sektorunun işçiləri güzəştli şərtlərlə kompüterlər almaq imkanı əldə ediblər. Layihədə təqdim edilən kompüter və noutbuklar lisenziyalı proqram təminatına malikdir və bazar qiymətlərindən 25 faizdən 40 faizə qədər aşağı qiymətə, 12 ay müddətinə faizsiz kreditlə təqdim edilir. İstifadəçilər öz istəyi ilə əlavə olaraq "DrWEB" anti-virus proqram təminatı, ADSL modemləri və "Azercell" mobil rabitə operatorunun DATA-kartı da əldə edə bilərlər.
Layihə çərçivəsində "HP" şirkətinin mini-noutları (MiniNote), noutbukları (Laptop) və stolüstü kompüterləri (Desktop) təqdim olunur. Bütün bu avadanlıqlarda "Microsoft" şirkətinin lisenziyalı proqram təminatı quraşdırılmışdır. Bu, Azərbaycanın Təhsil Nazirliyi və "Microsoft" korporasiyası arasında imzalanmış Məktəb Sazişi çərçivəsində həyata keçirilir. Bütün kompüter alan müəllimlərə əlavə olaraq Təhsil Nazirliyi tərəfindən elektron dərsliklər verilir.
Kompüterlərin çatdırılması və aylıq ödəmələrin qəbulu "Azərpoçt" MMC tərəfindən təmin edilir. Layihə "Azərpoçt" və "HP"-nin və "Microsoft"un lokal tərəfdaşı olan "BestComp Group" şirkəti tərəfindən həyata keçirilir.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 848
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı