12px13px15px17px
Tarix:25/07/14

Uşaqların internet və mobil telefon vasitələrindən təhlükəsiz istifadəsinin təmin edilməsi məqsədi ilə təkliflər hazırlanacaq

Uşaqların internet və mobil telefon vasitələrindən təhlükəsiz istifadəsinin təmin edilməsi məqsədi ilə təkliflər hazırlanacaq.
 
Təkliflərin hazırlanmasında Nazirlər Kabineti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Təhsil Nazirliyi iştirak edəcəklər.
 
 Bu tədbir prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda yer alıb. Sərəncama əsasən, Daxili İşlər Nazirliyinə Milli Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin aidiyyəti icra hakimiyyəti orqanları ilə birlikdə yerinə yetirilməsini təmin, Nazirlər Kabineti isə bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
 
Fəaliyyət Planında  şəxsiyyətin və cəmiyyətin insan alverinin bütün formalarından qorunması, insan alverinin səbəblərinin, insan alverinə şərait yaradan halların müəyyən edilməsi və aradan qaldırılması, şəxslərin insan alverinin qurbanına çevrilməsi riskinin azaldılması, insan alverinə məruz qala bilən həssas əhali qruplarının sosial müdafiəsinin təmin edilməsi; vəzifələrin “yalnız zəruri məlumatlara malik olma” prinsipinə əsaslanmaqla icra edilməsi öz əksini tapıb.
 
 
Eyni zamanda, sənəddə insan alverinə qarşı mübarizə sahəsində qanunvericilik tədbirləri, insan alverinin qarşısının alınması və profilaktikasının gücləndirilməsi, insan alveri cinayətlərinə qarşı cinayət təqibi, İnsan alveri qurbanlarının reabilitasiyası və reinteqrasiyası, insan alverinin qurbanı olmuş və ya potensial qurbanı olan uşaqlara göstərilən yardımın və onların müdafiəsinin təkmilləşdirilməsi, insan alveri qurbanlarının müdafiəsi Milli Fəaliyyət Planı iştirakçılarının fəaliyyətinin, insan alverinə qarşı mübarizə üzrə dəstəyin və resursların əlaqələndirilməsi, insan alverinə qarşı mübarizə sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, insan alverinə qarşı mübarizə ilə bağlı maarifləndirmə, Milli Fəaliyyət Planının maliyyələşdirilməsi kimi təbdirlər yer alıb.
 
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 1068

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






14 İyul 2024

13 07 2024