12px13px15px17px
Tarix:25/07/14

Gəncədə genişzolaqlı internet istifadəçilərinin sayı artıb

Gəncədə genişzolaqlı internet istifadəçilərinin sayı artıb. Bu barədə Gəncə  Telekommunikasiya İdarəsinin rəisi Əbülfəz Orucov məlumat verib.
 
O bildirib ki, cari ilin 1-ci yarımili ərzində genişzolaqlı internet istifadəçilərinin sayı 7.6 %  artaraq 23 minə çatdırılıb: “Son 6 ayda da informasiya texnologiyalarının, xüsusilə internetin  inkişafı diqqət mərkəzində saxlanılıb, internet xidmətinin genişləndirilməsi üçün  həyata keçirilən tədbirlər davam etdirilib. Bu istiqamətdə ilk növbədə ümumi  tutumları 1280 port olan genişzolaqlı şəbəkə avadanlıqları alınaraq quraşdırılıb”.
 
 Onun sözlərinə görə, reallaşdırılan tədbirlər  nəticəsində hazırda Gəncə şəhərində hər 100 mənzildən 36,2-si internet xidmətindən istifadə edir.
 
Şəhərdə genişzolaqlı internetin inkişaf etdirilməsi üçün özəl provayderlərə hər cür  şəraitin yaradıldığını vurğulayan Ə.Orucov özəl sektorla səmərəli əməkdaşlığın qurulduğunu və lazimi, sağlam rəqabət mühitinin formalaşdırıldığını deyib:
 
“Məhz bunun  nəticəsidir  ki, hazırda Gəncə Telekommunikasiya İdarəsinin telefon şəbəkəsi üzərindən 11özəl internet provayderi internet xidməti  göstərir və ümumilikdə genişzolaqlı internet istifadəçilərinin 16863-ü və ya 73% -dən çoxu özəl provayderlərin xidmətlərindən istifadə edir. Bununla belə, hesabat dövründə “Aztelekom.Net”  provayderində  istifadəçilərin sayının 1109  istifadəçi və ya  22%  artımına nail olunub”.
 
 
 
S.Qasımbəyli
 



Baxış sayı: 663

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024