12px13px15px17px
Tarix:26/07/14

2018-ci ilə qədər Şəmkirdə telefonlaşmayan yaşayış massivi qalmayacaq

  Şəmkirdə rayon  əhalisinin telefon və multimedia xidmətlərinə olan tələbatının ödənilməsi məqsədilə yeni layihələr həyata keçirilir.

Şəmkir Telekommunikasiya Qovşağının rəisi Cavanşir Yusifovun bildirdiyinə görə, qovşaq üzrə  "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın  həyata keçirilməsi istiqamətində aparılan abadlıq-quruculuq işləri Şəmkir Telekommunikasiya Qovşağında da öz əksini tapıb.

Belə ki, bu ilin ikinci rübündə Şəmkir TKQ rayonum mərkəzi küçələrindən Rüstəm Əliyev və Şəmkir küçələrində hava rabitə xətləri texniki normaya uyğun yeraltı çəkilərək tamamlama işləri aparılır.

 Hazırda vətəndaşların telefon rabitəsinə olan tələbatının ödənilməsi istiqamətində geniş tədbirlər həyata keçirilir. Belə ki,  Daşbulaq kəndində EATS-128 nömrə tutumlu avadanlığın quraşdırma işləri aparılır. Posanlı yaşayış massivində ONU tipli avadanlıq 256 nömrə tutumlu quraşdırılaraq, xətt təsərrüfatının tikilməsi işləri aparılır.

Şəmkir TKQ üzrə genişzolaqlı internet istifadəçilərinin sayı 2749 ədədə çatdırılıb. Telefon çəkilişi 122 ədəd rüb ərzində yeni abonentlərə qoşulmuş internet sayı 233 ədəd təşkil edib.

 Artım məqsədilə yeni avadanlıqların alınması istiqamətində tələbata uyğun işlər aparılır.
    2014-2018-ci illərdə telefonlaşmayan yaşayış massivlərində yüksək texnologiyaların tətbiqi təmin olunacaq.
 
 
    Rəvan
 
 
 
 
 
 
 



Baxış sayı: 857

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024