Tarix:26/07/14
“POLSA” (Polish Space Agency) adlandırılan yeni təşkilat kosmik sektorun şirkət və tədqiqat institutlarının dəstəklənməsi ilə məşğul olmaqla onların Avropa Kosmik Agentliyindən vəsaitlərin alınmasına yardımçı olacaq. Agentlik həmçinin əlaqələndirici funksiyaları yerinə yetirəcək, laboratoriyalar açacaq, elm və işgüzar dairələr arasında münasibətlərin qurulmasına kömək edəcək.
İllik fəaliyyəti 5-10 milyon zlot (1,2-2,5 milyon avro) dəyərində qiymətləndirilən “POLSA”-nın mənzil-qərargahı Varşavada yerləşəcək.
Ekspertlərin fikrincə, gələcəkdə Polşa kiçik peyklərin istehsalında və tədqiqat ekspedisiyalarında ixtisaslaşa bilər.
Qeyd edək ki, 2012-ci ilin sentyabrında Polşa Avropa Kosmik Agentliyinə üzv olub. 2017-ci ilədək respublika xüsusi şərtlərindən istifadə etmək hüququna malikdir. Bunun sayəsində kosmosla bağlı layihələrin həyata keçirilməsi üçün agentliyə üzvlük haqqının 45 faizi (20 milyon avro) ölkəyə qaytarılacaq.
Polşada Avropa Kosmik Agentliyi çərçivəsində layihələrin maliyyələşdirilməsi üçün ilk müsabiqə 2013-cü ildə elan edilib. Müsabiqə zamanı 5 milyon avro məbləğində sazişlər imzalanıb. Polşa alimləri müşahidə peyklərinin vibrasiyasının azaldılması üçün qurğuların istehsalı, eləcə də peyklərdə günəş panellərinin açılması mexanizminin yaradılması üçün sifarişlər alıblar, - “İTAR-TASS www.itar-tass.com” yazır.
Polşada kosmik agentlik yaradılacaq
Polşa Seyminin qərarına əsasən, ölkədə Milli Kosmik Agentliyi yaradılacaq.“POLSA” (Polish Space Agency) adlandırılan yeni təşkilat kosmik sektorun şirkət və tədqiqat institutlarının dəstəklənməsi ilə məşğul olmaqla onların Avropa Kosmik Agentliyindən vəsaitlərin alınmasına yardımçı olacaq. Agentlik həmçinin əlaqələndirici funksiyaları yerinə yetirəcək, laboratoriyalar açacaq, elm və işgüzar dairələr arasında münasibətlərin qurulmasına kömək edəcək.
İllik fəaliyyəti 5-10 milyon zlot (1,2-2,5 milyon avro) dəyərində qiymətləndirilən “POLSA”-nın mənzil-qərargahı Varşavada yerləşəcək.
Ekspertlərin fikrincə, gələcəkdə Polşa kiçik peyklərin istehsalında və tədqiqat ekspedisiyalarında ixtisaslaşa bilər.
Qeyd edək ki, 2012-ci ilin sentyabrında Polşa Avropa Kosmik Agentliyinə üzv olub. 2017-ci ilədək respublika xüsusi şərtlərindən istifadə etmək hüququna malikdir. Bunun sayəsində kosmosla bağlı layihələrin həyata keçirilməsi üçün agentliyə üzvlük haqqının 45 faizi (20 milyon avro) ölkəyə qaytarılacaq.
Polşada Avropa Kosmik Agentliyi çərçivəsində layihələrin maliyyələşdirilməsi üçün ilk müsabiqə 2013-cü ildə elan edilib. Müsabiqə zamanı 5 milyon avro məbləğində sazişlər imzalanıb. Polşa alimləri müşahidə peyklərinin vibrasiyasının azaldılması üçün qurğuların istehsalı, eləcə də peyklərdə günəş panellərinin açılması mexanizminin yaradılması üçün sifarişlər alıblar, - “İTAR-TASS www.itar-tass.com” yazır.
Baxış sayı: 636
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır