Tarix:26/07/14
Abunə əsasında xidmətlər təqdim edən bu platforma ayrıca ABŞ ştatı səviyyəsində istifadəyə verilən ilk platformadır. Məşhur Silikon vadisinin yerləşdiyi Kaliforniya adətən yeni texnologiyaları insanların gündəlik həyatına hamıdan birinci tətbiq edir.
“CalCloud” bütün dövlət orqanlarının ayrı-ayrı İT sistemlərini əvəzləmək məqsədi daşıyır, bunun əvəzinə onlara vahid İT resurs dəstindən istifadə təklif edilir. Bundan başqa, bu, dövlət orqanlarına İT resurslara xərcləri azaltmağa imkan verəcək, çünki abunə modeli üzrə onlar yalnız lazım olan xidmətləri sifariş edəcəklər. “CalCloud” xidmətlərinə abunəni artıq ştatın 20 hökumət orqanı rəsmiləşdirib.
Tərəfdaşlıq çərçivəsində “IBM” layihənin texnoloji infrastrukturunu təmin edəcək, eləcə də idarələrlə məlumatların “bulud” texnologiyalarına keçirilməsi və sistem inteqrasiyası həllərinin adaptasiyası işində birgə çalışacaq. Layihənin digər tərəfdaşları arasında “AT&T” mobil rabitə operatoru, “Alexan International” və “KPMG” konsaltinq şirkətləri yer alıb.
Qeyd edək ki, beş il əvvəl ABŞ-da bütün dövlət orqanlarına hostinq xidmətləri, eləcə də federal hökumət tərəfindən təsdiq edilən internet əlavə və xidmətləri satan "Apps.gov” “bulud” portalı işə salınıb. Bu portal ildə 75 milyard dolların ayrıldığı İT-nin inkişafı üzrə dövlət təşəbbüsünün bir hissəsi olub, - "Lenta www.lenta.ru” yazır.
Kaliforniyada dövlət orqanları üçün “bulud” platforması istifadəyə verilib
ABŞ-ın Kaliforniya ştatının texnologiyalar departamenti “IBM” şirkətinin dəstəyi ilə dövlət və bələdiyyə orqanlarına vahid məlumat bazasına çıxış əldə etməyə və abunə modeli üzrə İT servislərindən istifadəyə imkan verəcək “CalCloud” “bulud” platformasını istifadəyə verib. Bu barədə departamentin məlumatında deyilir.Abunə əsasında xidmətlər təqdim edən bu platforma ayrıca ABŞ ştatı səviyyəsində istifadəyə verilən ilk platformadır. Məşhur Silikon vadisinin yerləşdiyi Kaliforniya adətən yeni texnologiyaları insanların gündəlik həyatına hamıdan birinci tətbiq edir.
“CalCloud” bütün dövlət orqanlarının ayrı-ayrı İT sistemlərini əvəzləmək məqsədi daşıyır, bunun əvəzinə onlara vahid İT resurs dəstindən istifadə təklif edilir. Bundan başqa, bu, dövlət orqanlarına İT resurslara xərcləri azaltmağa imkan verəcək, çünki abunə modeli üzrə onlar yalnız lazım olan xidmətləri sifariş edəcəklər. “CalCloud” xidmətlərinə abunəni artıq ştatın 20 hökumət orqanı rəsmiləşdirib.
Tərəfdaşlıq çərçivəsində “IBM” layihənin texnoloji infrastrukturunu təmin edəcək, eləcə də idarələrlə məlumatların “bulud” texnologiyalarına keçirilməsi və sistem inteqrasiyası həllərinin adaptasiyası işində birgə çalışacaq. Layihənin digər tərəfdaşları arasında “AT&T” mobil rabitə operatoru, “Alexan International” və “KPMG” konsaltinq şirkətləri yer alıb.
Qeyd edək ki, beş il əvvəl ABŞ-da bütün dövlət orqanlarına hostinq xidmətləri, eləcə də federal hökumət tərəfindən təsdiq edilən internet əlavə və xidmətləri satan "Apps.gov” “bulud” portalı işə salınıb. Bu portal ildə 75 milyard dolların ayrıldığı İT-nin inkişafı üzrə dövlət təşəbbüsünün bir hissəsi olub, - "Lenta www.lenta.ru” yazır.
Baxış sayı: 630
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır