Tarix:30/07/14
"London Avropanın texnoloji mərkəzi kimi tanınır və məhz bu səbəbdən biz şəhər sakinlərini ən yaxşı rəqəmli bağlantıya çıxışla təmin etməliyik. Kommunikasiya imkanlarının yaxşılaşdırılması London infrastrukturunun inkişafı ilə bağlı planın əsas hissəsini təşkil edir", - mer qeyd edib.
O vurğulayıb ki, 2020-ci ilədək Londonda beşinci nəsil şəbəkəsi (5G) qurulacaq. Hazırda isə Surrey Universitetinin (University of Surrey) alimləri ali təhsil ocağı nəzdində fəaliyyətə başlayan "5G Innovation Centre" laboratoriyasında yeni rabitə standartı – "5G" mobil rabitə standartı üzərində iş aparırlar.
Tədqiqat qrupunun rəhbəri Rəhim Tazolli bildirib ki, Böyük Britaniya alimləri GSM (2G) standartının ərsəyə gəlməsi üçün çox şey etsələr də, "3G" və "4G" protokollarının yaradılmasında yetərincə fəallıq göstərməyiblər. Məhz buna görə "5G Innovation Centre" laboratoriyasının yaradılmasına qərar verilib və bu təşəbbüsə Böyük Britaniya hökuməti 11,6 milyon funt sterlinq (təxminən 18,6 milyon dollar), habelə layihədə iştirak edən özəl şirkətlər, o cümlədən "Huawei", "Samsung", "Telefonica", "Rohde & Schwarz", "Fujitsu" və s. şirkətlər 24 milyon funt sterlinq (təxminən 38,5 milyon dollar) məbləğində maliyyə dəstəyi göstərəcəklər.
Layihə iştirakçıları birgə səylər nəticəsində Surrey Universitetinin alimlərinin üzərində artıq uzun illərdir çalışdıqları "5G" texnologiyasının mümkün variantlarını işləyib hazırlayaraq standartlaşdıracaqlar.
Standartın ilkin versiyasının hər baza stansiyasını 10Gbit/saniyə sürətində qoşulma ilə təmin etməsi, hər müştəri qurğusuna 200 Mbit/saniyə enliyində kanal verməsi nəzərdə tutulur. Layihə iştirakçılarının maliyyə qoyuluşları və şəxsi imkanları hazırlanmaqda olan işlənməyə nəzəriyyədən kənara çıxmağa imkan verəcək.
Mühəndislər standartın sonuncu versiyasını 2020-ci ilədək istifadəyə verəcəklərinə ümid edirlər. Bu şəbəkənin buraxılış qabiliyyəti "3G" ilə müqayisədə min dəfə çox olmaqla enerji sərfiyyatını 10 dəfə azaldacaq.
2014-cü ilin iyulun əvvəlində "Ericsson" telekommunikasiya avadanlığı istehsalçısı beşinci nəsil şəbəkəsini sınaqdan keçirərək məlumatların 5 Qbit/saniyə sürətində ötürülməsinə nail olub. Bu, "LTE-Advanced" şəbəkəsi ilə müqayisədə 16 dəfə daha sürətlidir.
İyunda Avropa Komissiyası və Cənubi Koreya Elm Nazirliyi "5G" üzərində birgə iş haqqında saziş imzalayıb. Bundan başqa, Avropa İttifaqı növbəti yeddi il ərzində yeni rabitə standartının inkişafına 700 milyon avro investisiya yatırmağa razılıq verib, - "DailyComm www.dailycomm.ru" yazır.
2020-ci ildə Avropada “5G” şəbəkəsi istifadəyə veriləcək
Böyük Britaniya istifadəçiləri altı ildən sonra mobil şəbəkələrdə filmləri bir neçə saniyəyə yükləyə biləcək. Londonda yüksəksürətli şəbəkənin qurulması ilə bağlı planları şəhər meri Boris Conson açıqlayıb."London Avropanın texnoloji mərkəzi kimi tanınır və məhz bu səbəbdən biz şəhər sakinlərini ən yaxşı rəqəmli bağlantıya çıxışla təmin etməliyik. Kommunikasiya imkanlarının yaxşılaşdırılması London infrastrukturunun inkişafı ilə bağlı planın əsas hissəsini təşkil edir", - mer qeyd edib.
O vurğulayıb ki, 2020-ci ilədək Londonda beşinci nəsil şəbəkəsi (5G) qurulacaq. Hazırda isə Surrey Universitetinin (University of Surrey) alimləri ali təhsil ocağı nəzdində fəaliyyətə başlayan "5G Innovation Centre" laboratoriyasında yeni rabitə standartı – "5G" mobil rabitə standartı üzərində iş aparırlar.
Tədqiqat qrupunun rəhbəri Rəhim Tazolli bildirib ki, Böyük Britaniya alimləri GSM (2G) standartının ərsəyə gəlməsi üçün çox şey etsələr də, "3G" və "4G" protokollarının yaradılmasında yetərincə fəallıq göstərməyiblər. Məhz buna görə "5G Innovation Centre" laboratoriyasının yaradılmasına qərar verilib və bu təşəbbüsə Böyük Britaniya hökuməti 11,6 milyon funt sterlinq (təxminən 18,6 milyon dollar), habelə layihədə iştirak edən özəl şirkətlər, o cümlədən "Huawei", "Samsung", "Telefonica", "Rohde & Schwarz", "Fujitsu" və s. şirkətlər 24 milyon funt sterlinq (təxminən 38,5 milyon dollar) məbləğində maliyyə dəstəyi göstərəcəklər.
Layihə iştirakçıları birgə səylər nəticəsində Surrey Universitetinin alimlərinin üzərində artıq uzun illərdir çalışdıqları "5G" texnologiyasının mümkün variantlarını işləyib hazırlayaraq standartlaşdıracaqlar.
Standartın ilkin versiyasının hər baza stansiyasını 10Gbit/saniyə sürətində qoşulma ilə təmin etməsi, hər müştəri qurğusuna 200 Mbit/saniyə enliyində kanal verməsi nəzərdə tutulur. Layihə iştirakçılarının maliyyə qoyuluşları və şəxsi imkanları hazırlanmaqda olan işlənməyə nəzəriyyədən kənara çıxmağa imkan verəcək.
Mühəndislər standartın sonuncu versiyasını 2020-ci ilədək istifadəyə verəcəklərinə ümid edirlər. Bu şəbəkənin buraxılış qabiliyyəti "3G" ilə müqayisədə min dəfə çox olmaqla enerji sərfiyyatını 10 dəfə azaldacaq.
2014-cü ilin iyulun əvvəlində "Ericsson" telekommunikasiya avadanlığı istehsalçısı beşinci nəsil şəbəkəsini sınaqdan keçirərək məlumatların 5 Qbit/saniyə sürətində ötürülməsinə nail olub. Bu, "LTE-Advanced" şəbəkəsi ilə müqayisədə 16 dəfə daha sürətlidir.
İyunda Avropa Komissiyası və Cənubi Koreya Elm Nazirliyi "5G" üzərində birgə iş haqqında saziş imzalayıb. Bundan başqa, Avropa İttifaqı növbəti yeddi il ərzində yeni rabitə standartının inkişafına 700 milyon avro investisiya yatırmağa razılıq verib, - "DailyComm www.dailycomm.ru" yazır.
Baxış sayı: 1565
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib