Tarix:30/07/14
Bu tələblərdən irəli gələrək pedaqoji ali təhsil müəssisələrinin 3-cü və 4-cü kurslarında təhsil alan tələbələrə dərs deyəcək pedaqoji heyət üçün yeni kurikulumların tətbiqi üzrə təlimlərin keçirilməsi nəzərdə tutulub. 2013-2014-cü tədris ilində “Mədəd Azərbaycan” təşkilatı və Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Ali məktəblərdə Ümumtəhsil Kurikulumunun əsasları” təlimlərindən Azərbaycanın 26 ali məktəb və filiallarından ümumilikdə 190 pedaqoji heyət keçib.
Layihə rəhbəri İlahə Tağıyeva qeyd edib ki, 72 saatlıq təlimdə ali təhsil müəssisələrinin 3-cü və 4-cü kurslarında təhsil alan tələbələrə dərs deyəcək pedaqoji heyət müasir təhsil fəlsəfəsi, təhsildə dövlət siyasəti, təhsil islahatları, fənn kurikulumlarının məzmunu, təlim strategiyaları, ümumtəhsil sistemində yeni qiymətləndirmə mexanizmlərinin tətbiqi üzrə vacib məlumatlar əldə edib, həmçinin bu istiqamətdə praktik bacarıqlara yiyələniblər. Bakı, Sumqayıt, Gəncə və Naxçıvan şəhərlərində yerləşən 7 təlim mərkəzində (11 qrupda) 24 iyun tarixindən etibarən başlayan təlimlər 19 iyul tarixində başa çatıb.
Təlimin son günü, Bakı, Gəncə və Naxçıvan şəhərlərində təlimdən keçən pedaqoji heyət üçün imtahan keçirilib. İmtahana nəzarət üçün Azərbaycan Respublikası Təhsil Nazirliyi və “Mədəd Azərbaycan” təşkilatından nümayəndələr də cəlb olunub.
Həqiqət İSABALAYEVA
Qabaqcıl texnologiyalara əsaslanan infrastruktura malik təhsil sisteminin yaradılması üçün ali məktəblərdə keçirilən təlimlər başa çatıb
Azərbaycan hökuməti “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” sənədində Azərbaycan Respublikasında, keyfiyyət nəticələri və əhatəliliyinə görə dünya ölkələri sırasında aparıcı mövqe tutan, səriştəli müəllim və təhsil menecerlərinə, qabaqcıl texnologiyalara əsaslanan infrastruktura malik təhsil sisteminin yaradılması üçün beş strateji istiqamətdə genişmiqyaslı tədbirləri nəzərdə tutub ki, burada birinci və ikinci strateji istiqamətdən irəli gələn əsas tələblər səriştəyə əsaslanan şəxsiyyətyönlü təhsil məzmununun yaradılması və təhsil sahəsində insan resurslarının müasirləşdirilməsidir.Bu tələblərdən irəli gələrək pedaqoji ali təhsil müəssisələrinin 3-cü və 4-cü kurslarında təhsil alan tələbələrə dərs deyəcək pedaqoji heyət üçün yeni kurikulumların tətbiqi üzrə təlimlərin keçirilməsi nəzərdə tutulub. 2013-2014-cü tədris ilində “Mədəd Azərbaycan” təşkilatı və Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Ali məktəblərdə Ümumtəhsil Kurikulumunun əsasları” təlimlərindən Azərbaycanın 26 ali məktəb və filiallarından ümumilikdə 190 pedaqoji heyət keçib.
Layihə rəhbəri İlahə Tağıyeva qeyd edib ki, 72 saatlıq təlimdə ali təhsil müəssisələrinin 3-cü və 4-cü kurslarında təhsil alan tələbələrə dərs deyəcək pedaqoji heyət müasir təhsil fəlsəfəsi, təhsildə dövlət siyasəti, təhsil islahatları, fənn kurikulumlarının məzmunu, təlim strategiyaları, ümumtəhsil sistemində yeni qiymətləndirmə mexanizmlərinin tətbiqi üzrə vacib məlumatlar əldə edib, həmçinin bu istiqamətdə praktik bacarıqlara yiyələniblər. Bakı, Sumqayıt, Gəncə və Naxçıvan şəhərlərində yerləşən 7 təlim mərkəzində (11 qrupda) 24 iyun tarixindən etibarən başlayan təlimlər 19 iyul tarixində başa çatıb.
Təlimin son günü, Bakı, Gəncə və Naxçıvan şəhərlərində təlimdən keçən pedaqoji heyət üçün imtahan keçirilib. İmtahana nəzarət üçün Azərbaycan Respublikası Təhsil Nazirliyi və “Mədəd Azərbaycan” təşkilatından nümayəndələr də cəlb olunub.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 581
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır