Tarix:30/07/14
Layihə rəhbəri İlahə Fazilovanın sözlərinə görə, əhalinin müxtəlif qrupları daima öz peşəkarlıq səviyyəsini təkmilləşdirmək, müxtəlif sahələr üzrə ixtisaslaşmaq və məlumatlar əldə etmək üçün müxtəlif təlimlərə ehtiyac duyurlar:
“Təlim keçirilən məkanın çox zaman təlimə maraqlı şəxslərin yaşayış məkanından uzaqda yerləşməsi, gündəlik iş saatı rejimi, maliyyə baxımından yol xərclərinin də əlavə vəsait kimi izafi xərclər silsiləsinə daxil olması onların ömür boyu öyrənmə ehtiyacının təmin edilməsi istiqamətində problemlər yaradan əsas məsələlərdir.
Bu problemlərin həll edilməsi istiqamətində, təhsil müəssisələrində informasiya və kommunikasiya texnologiyaları və elektron tədris sistemlərinin inkişafı sahələrində uğurlu yerli və beynəlxalq təcrübəyə malik “Mədəd Azərbaycan” və “Edumedia” şirkətləri tərəfindən Elektron Öyrənmə Sistemi (eÖS) adlı layihə işlənib hazırlanıb”.
İlahə Fazilova qeyd edib ki, layihənin həyata keçirilməsi Azərbaycanda təhsil xidmətlərinin təqdim edilməsinin müasir növü olan məsafədən təhsilin inkişafına və eyni zamanda əhalinin müxtəlif qruplarına rahat və sərfəli təhsil imkanlarının yaradılmasına xidmət edəcək. Müxtəlif distant təlim vasitələri ilə təchiz olunmuş “eÖS” platforması müştərilərinə müasir tələblərə cavab verən öyrənmə imkanları yaradacaq. Həmçinin layihə çərçivəsində yaradılan “eÖS” platforması bir sıra funksiyalara malik olacaq. Bu funksiyalara müraciət edənlərin onlayn qeydiyyatdan keçməsi; qeydiyyatçı tərəfindən distant təhsil üsulunun seçilməsi və seçimə uyğun distant öyrənmə mühitinin təşkili; onlayn qiymətləndirmə vasitələrindən istifadə edərək son nəticənin qiymətləndirilməsi daxildir.
Layihənin ilk mərhələsində iki istiqamət - ümumi təhsil işçiləri üçün yeni fənn kurikulumlarının tətbiqi və əhalinin müxtəlif hədəf qrupları üçün İKT savadlılığının artırılması üzrə təlim proqramının və məzmunun “eÖS” platformasına daxil edilməsi nəzərdə tutulur.
Layihənin növbəti mərhələlərində təhsil, səhiyyə işçiləri və sahibkarların peşəkarlıq səviyyəsi və bacarıqlarının təkmilləşdirilməsi, İKT savadlılığının artırılması üçün digər təlim paketlərinin də əlavə edilməsi və təlim xidmətləri üçün “GoldenPay” ödəniş sisteminin, qeydiyyatçının ilkin bilik və bacarıq səviyyəsinin diaqnostikası məqsədi ilə onlayn sorğunun və iştirakçının nəticəsinə uyğun elektron imzaya malik sertifikatla təmin edilmə funksiyalarının da inteqrasiya olunması nəzərdə tutulur.
Həmçinin əhalinin müxtəlif hədəf qruplarının təlim ehtiyacları daim araşdırılacaq və tələbata uyğun təlim paketləri hazırlanaraq platformada yerləşdiriləcək.
Həqiqət İSABALAYEVA
“Elektron Öyrənmə Sistemi” məsafədən təhsilin inkişafına xidmət edəcək
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun elan etdiyi birinci qrant müsabiqəsinin qaliblərindən biri də “eÖS – Elektron Öyrənmə Sistemi” layihəsidir.Layihə rəhbəri İlahə Fazilovanın sözlərinə görə, əhalinin müxtəlif qrupları daima öz peşəkarlıq səviyyəsini təkmilləşdirmək, müxtəlif sahələr üzrə ixtisaslaşmaq və məlumatlar əldə etmək üçün müxtəlif təlimlərə ehtiyac duyurlar:
“Təlim keçirilən məkanın çox zaman təlimə maraqlı şəxslərin yaşayış məkanından uzaqda yerləşməsi, gündəlik iş saatı rejimi, maliyyə baxımından yol xərclərinin də əlavə vəsait kimi izafi xərclər silsiləsinə daxil olması onların ömür boyu öyrənmə ehtiyacının təmin edilməsi istiqamətində problemlər yaradan əsas məsələlərdir.
Bu problemlərin həll edilməsi istiqamətində, təhsil müəssisələrində informasiya və kommunikasiya texnologiyaları və elektron tədris sistemlərinin inkişafı sahələrində uğurlu yerli və beynəlxalq təcrübəyə malik “Mədəd Azərbaycan” və “Edumedia” şirkətləri tərəfindən Elektron Öyrənmə Sistemi (eÖS) adlı layihə işlənib hazırlanıb”.
İlahə Fazilova qeyd edib ki, layihənin həyata keçirilməsi Azərbaycanda təhsil xidmətlərinin təqdim edilməsinin müasir növü olan məsafədən təhsilin inkişafına və eyni zamanda əhalinin müxtəlif qruplarına rahat və sərfəli təhsil imkanlarının yaradılmasına xidmət edəcək. Müxtəlif distant təlim vasitələri ilə təchiz olunmuş “eÖS” platforması müştərilərinə müasir tələblərə cavab verən öyrənmə imkanları yaradacaq. Həmçinin layihə çərçivəsində yaradılan “eÖS” platforması bir sıra funksiyalara malik olacaq. Bu funksiyalara müraciət edənlərin onlayn qeydiyyatdan keçməsi; qeydiyyatçı tərəfindən distant təhsil üsulunun seçilməsi və seçimə uyğun distant öyrənmə mühitinin təşkili; onlayn qiymətləndirmə vasitələrindən istifadə edərək son nəticənin qiymətləndirilməsi daxildir.
Layihənin ilk mərhələsində iki istiqamət - ümumi təhsil işçiləri üçün yeni fənn kurikulumlarının tətbiqi və əhalinin müxtəlif hədəf qrupları üçün İKT savadlılığının artırılması üzrə təlim proqramının və məzmunun “eÖS” platformasına daxil edilməsi nəzərdə tutulur.
Layihənin növbəti mərhələlərində təhsil, səhiyyə işçiləri və sahibkarların peşəkarlıq səviyyəsi və bacarıqlarının təkmilləşdirilməsi, İKT savadlılığının artırılması üçün digər təlim paketlərinin də əlavə edilməsi və təlim xidmətləri üçün “GoldenPay” ödəniş sisteminin, qeydiyyatçının ilkin bilik və bacarıq səviyyəsinin diaqnostikası məqsədi ilə onlayn sorğunun və iştirakçının nəticəsinə uyğun elektron imzaya malik sertifikatla təmin edilmə funksiyalarının da inteqrasiya olunması nəzərdə tutulur.
Həmçinin əhalinin müxtəlif hədəf qruplarının təlim ehtiyacları daim araşdırılacaq və tələbata uyğun təlim paketləri hazırlanaraq platformada yerləşdiriləcək.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 1410
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır