12px13px15px17px
Tarix:30/07/14

Bu ilin 6 ayı ərzində elektron ticarət portalından istifadə edənlərin sayı 10 mini ötüb

Cari ilin yanvar-iyun ayları ərzində Azərbaycanın ilk elektron ticarət portalı olan “www.b2b.az”ın xidmətlərindən 10000-dən çox istifadəçi yararlanıb.
 
İqtisadiyyat və Sənaye Nazirliyindən verilən məlumata görə, portala müraciət edənlərin 1800-dən çoxu Rusiya, ABŞ, Ukrayna, Türkiyə, Çin, Almaniya, Böyük Britaniya, Hindistan, İndoneziya, Braziliya, İtaliya, Qazaxıstan, Estoniya, Gürcüstan, Danimarka, Yunanıstan, Latviya, Fransa, BƏƏ və digər ölkələrdən olan istifadəçilərdir. Ümumilikdə isə, istifadəyə verildiyi 2008-ci ildən indiyədək “www.b2b.az” portalının xidmətlərindən 36 mindən çox istifadəçi yararlanıb.
 
Xatırladaq ki, sayt sahibkarların məhsulları və onların göstərdikləri xidmətlər barədə geniş məlumat əldə etməyə, həmçinin kiçik və orta sahibkarların ticarət əlaqələrinin genişləndirməsinə imkan yaradır. Portaldan istifadə pulsuzdur. Elektron ticarət portalı istifadəçilərə məlumat dəstəyi də göstərir. Belə ki, portalda müxtəlif təhlil və informasiya xarakterli materiallar da yerləşdirilir. Portaldakı materialların 3 dildə (Azərbaycan, ingilis və rus) təqdim edilməsi istifadəçilərin geniş əhatə dairəsini təmin edir.
 
CAHANGİR
 
 



Baxış sayı: 655

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024