Tarix:31/07/14
RYTN yanında Yüksək Texnologiyalar Parkında təşkil olunan konfrans zamanı okeanın o tayında “Microsoft” şirkətinin İnnovasiya Mərkəzi ilə “Skype” üzərindən bağlantı yaradılıb.
Telekonfransda Azərbaycan tərəfindən rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, YT Parkın direktoru Seymur Ağayev, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktorunun müavini Azər Bayramov, TASİM layihəsinin İşçi Qrupunun rəhbəri Zaur Həsənov, “Azərkosmos” ASX-nin əməkdaşı Ruslan Əliyev iştirak edib.
Qarşı tərəfdən isə telekonfrans iştirakçıları arasında ABŞ-ın tanınmış iş adamları, ABŞ-Azərbaycan Ticarət Palatasının rəsmiləri, “Microsoft” şirkətinin nümayəndələri olub.
“Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sahəsinin inkişafı və həyata keçirilən layihələr” mövzusuna həsr olunmuş videokonfransda nazir müavini Elmir Vəlizadə ölkədə sözügedən sektor üzrə görülən işlərdən danışıb. O, Azərbaycan hökumətinin İKT-ni prioritet sahə elan etdiyini xatırladaraq qeyd edib ki, sektorun daha da inkişaf etdirilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilir.
Azərbaycanda reallaşdırılan startup tədbirlərindən söz açan nazir müavini gənc startapçılar üçün çox geniş imkanların yaradıldığını önə çəkib. O qeyd edib ki, Azərbaycan gənc nəslin İKT sektoru üzrə də böyük uğurlar qazanmasında maraqlıdır və bu istiqamətdə onlara həm maddi, həm informasiya, həm də digər lazımi dəstək göstərilir. Ölkədə biznes mühitinin formalaşdırıldığını, xarici şirkətlərə investisiya yatırmaq üçün sərfəli imkanların yaradıldığını bildirən nazir müavini Azərbaycanın sözügedən sahə üzrə böyük potensialının olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. Rəsmi Bakının həyata keçirdiyi regional layihələrdən söz açan E.Vəlizadə qeyd edib ki, göstərilən İKT təşəbbüsləri həm Azərbaycan, həm də ümumilikdə region ölkələri üçün xüsusi əhəmiyyətə malikdir.
Sonra amerikalı iş adamları ölkəsinə dəvət edən nazir müavini sektor üzrə nailiyyətləri yerində müşahidə etməyi, iş imkanlarını yerindəcə araşdırmağı təklif edib.
Bundan sonra digər tədbir iştirakçıları söz alaraq sahələri üzrə həyata keçirilən layihələrdən və əldə olunan nəticələrdən söz açıblar.
Seymur Qasımbəyli
“Microsoft” şirkəti ilə Yüksək Texnologiyalar Parkı arasında videokonfrans keçirilib
ABŞ-Azərbaycan Ticarət Palatasının, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) və “Microsoft” şirkətinin birgə təşkilatçılığı ilə videokonfrans keçirilib.RYTN yanında Yüksək Texnologiyalar Parkında təşkil olunan konfrans zamanı okeanın o tayında “Microsoft” şirkətinin İnnovasiya Mərkəzi ilə “Skype” üzərindən bağlantı yaradılıb.
Telekonfransda Azərbaycan tərəfindən rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, YT Parkın direktoru Seymur Ağayev, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktorunun müavini Azər Bayramov, TASİM layihəsinin İşçi Qrupunun rəhbəri Zaur Həsənov, “Azərkosmos” ASX-nin əməkdaşı Ruslan Əliyev iştirak edib.
Qarşı tərəfdən isə telekonfrans iştirakçıları arasında ABŞ-ın tanınmış iş adamları, ABŞ-Azərbaycan Ticarət Palatasının rəsmiləri, “Microsoft” şirkətinin nümayəndələri olub.
“Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sahəsinin inkişafı və həyata keçirilən layihələr” mövzusuna həsr olunmuş videokonfransda nazir müavini Elmir Vəlizadə ölkədə sözügedən sektor üzrə görülən işlərdən danışıb. O, Azərbaycan hökumətinin İKT-ni prioritet sahə elan etdiyini xatırladaraq qeyd edib ki, sektorun daha da inkişaf etdirilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilir.
Azərbaycanda reallaşdırılan startup tədbirlərindən söz açan nazir müavini gənc startapçılar üçün çox geniş imkanların yaradıldığını önə çəkib. O qeyd edib ki, Azərbaycan gənc nəslin İKT sektoru üzrə də böyük uğurlar qazanmasında maraqlıdır və bu istiqamətdə onlara həm maddi, həm informasiya, həm də digər lazımi dəstək göstərilir. Ölkədə biznes mühitinin formalaşdırıldığını, xarici şirkətlərə investisiya yatırmaq üçün sərfəli imkanların yaradıldığını bildirən nazir müavini Azərbaycanın sözügedən sahə üzrə böyük potensialının olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. Rəsmi Bakının həyata keçirdiyi regional layihələrdən söz açan E.Vəlizadə qeyd edib ki, göstərilən İKT təşəbbüsləri həm Azərbaycan, həm də ümumilikdə region ölkələri üçün xüsusi əhəmiyyətə malikdir.
Sonra amerikalı iş adamları ölkəsinə dəvət edən nazir müavini sektor üzrə nailiyyətləri yerində müşahidə etməyi, iş imkanlarını yerindəcə araşdırmağı təklif edib.
Bundan sonra digər tədbir iştirakçıları söz alaraq sahələri üzrə həyata keçirilən layihələrdən və əldə olunan nəticələrdən söz açıblar.
Seymur Qasımbəyli
Baxış sayı: 1404
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı