12px13px15px17px
Tarix:01/08/14

“Facebook” Afrika sakinlərinə pulsuz internetə çıxış imkanı yaradıb

“Facebook” şirkəti “Facebook” sosial şəbəkəsi, “Google” axtarış sistemi, “Wikipedia” onlayn ensiklopediyası və digər servislərə pulsuz çıxışa imkan verən “Internet.org” əlavəsini istifadəyə verib. Yeni proqramdan hazırda yalnız Afrikanın kasıb ölkəsi hesab edilən Zambiya ərazisində istifadə etmək mümkündür.

Pulsuz internetə çıxışdan zambiyalılarla yanaşı, “Airtel” operatorunun abunəçiləri yararlana biləcək. Proqram ölkənin dövlət saytlarına, tibbi məlumatların təqdim olunduğu saytlara, insan hüquqları siyahısına, iş axtarışı xidmətlərinə çıxışa şərait yaradır. Lakin “Facebook” trafikdən istifadəyə məhdudiyyət qoyub – məsələn, sosial şəbəkənin səhifələrindəki videoçarxlara baxmaq qeyri-mümkündür. 

“Internet.org” əlavəsindən “Android” mobil əməliyyat sistemli smartfonlar, eləcə də internetə qoşulan istənilən qurğular, o cümlədən adi düyməli telefonlar yararlana bilər. Bundan başqa, yaxın vaxtlarda şirkət digər kasıb ölkələrin operatorları ilə internetə pulsuz çıxış barədə razılıq əldə etməyi planlaşdırır.

Məlumat üçün qeyd edək ki, Afrika qitəsinin cənubunda yerləşən Zambiya faydalı qazıntılarla zəngin olmasına baxmayaraq 12 milyonluq əhalinin 82 faizi yoxsulluq həddində yaşayır. Ölkədə insan ömrünün müddəti dünyada ən qısa ömürlərdən biridir, sakinlərin 15 faizindən çoxu HİV-ə yoluxub, - “Vesti www.vesti.ru” yazır.



Baxış sayı: 588

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024