12px13px15px17px
Tarix:01/08/14

Azərbaycanda gənclərin məşğulluğu sahəsində uğurlu siyasətlə bağlı məlumatlar beynəlxalq informasiya sisteminə yerləşdirilib

Azərbaycanda gənclərin əmək bazarına çıxışının və məşğulluğunun dəstəklənməsi istiqamətində aparılan fəal siyasət və əldə olunan uğurlu təcrübə ilə bağlı məqamlar beynəlxalq məlumat bazasına yerləşdirilib.
 
Ölkəmizin bu istiqamətdə apardığı siyasət beynəlxalq təşkilatlar tərəfindən yüksək dəyərləndirilir. Belə ki, Beynəlxalq Əmək Təşkilatının (BƏT) rəsmi saytındakı "Gənclərin Məşğulluq Siyasətləri üzrə İnformasiya Sistemi" bölməsində  (https://www.ilo.org/dyn/youthpol/en/f?p=30850:1001:0::NO:::) Azərbaycan  gənclərin səmərəli məşğulluğunun təminatı məsələləri ilə bağlı dolğun hüquqi bazası, siyasi və praktik iş təcrübəsi, aktiv məşğulluq proqramları barədə məlumatları təqdim olunan 41 ölkənin sırasına daxil edilib.
 
Bununla əlaqədar, BƏT-dən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanan məktubda bildirilir ki, gənclərin məşğulluğunun təminatı BƏT-in fəaliyyətinin əsas tezislərindən biridir və üzv ölkələrdə bu sahədə aparılan siyasət və həyata keçirilən proqramlar təşkilat tərəfindən diqqətlə izlənilərək qiymətləndirilir.
 
Azərbaycanın gənclərin əmək bazarında layiqli yer tutmaları, onların məşğulluğu sahəsində malik olduğu səmərəli siyasət, dolğun hüquqi baza, uğurlu iş təcrübəsi BƏT-də müsbət dəyərləndirilərək, təşkilatın saytında təqdim olunan beynəlxalq məlumatlar bazasında yerləşdirilib.
 
Məlumatlar bazası gənclərin məşğulluğunun dəstəklənməsi istiqamətində qabaqcıl ölkələrin müasir çağırışları əks etdirən uğurlu siyasət və təcrübələrinin ümumən dünyada yayılması və ayrı-ayrı ölkələrə gənclər arasında işsizliyin aradan qaldırılmasında bu təcrübələrdən istifadə imkanlarının yaradılmasıdır.
 
Xatırladaq ki, son illərdə Azərbaycan dünya miqyasında gənclərin məşğulluğu üzrə BMT-nin elan etdiyi on lider ölkə sırasına da daxil edilib.
 
 
Həqiqət İSABALAYEVA
 



Baxış sayı: 665

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024