12px13px15px17px
Tarix:01/08/14

Elektron xidmətlərin istifadə kütləsini artırmaq məqsədi ilə bölgələrdə seminarlar keçirilir

Azərbaycanda dövlət orqanları tərəfindən əhaliyə təqdim edilən elektron xidmətlərin istifadə kütləsini artırmaq məqsədi ilə bölgələrdə mütəmadi seminarlar keçirilir. Son belə tədbirlərdən biri Samux rayonunda düzənlənib.

“İqtisadiyyat və Sənaye Nazirliyinin (İSN) göstərdiyi elektron xidmətlər" mövzusuna həsr olunan seminarda aidiyyəti dövlət qurumlarının, Samux və ətraf rayonların icra hakimiyyətlərinin nümayəndələri və Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən 120-yə yaxın sahibkar iştirak edib.
 
Tədbirdə İSN-in nümayəndələri tərəfindən nazirliyin göstərdiyi elektron xidmətlər və onlardan istifadə qaydaları barədə məlumat verilib.
 
Nazirliyin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov "Elektron Hökumət"ə dair Dövlət Proqramı çərçivəsində dövlət orqanlarında, o cümlədən İqtisadiyyat və Sənaye Nazirliyində elektron xidmətlərin tətbiqinin genişləndirildiyini diqqətə çatdırıb.
 
 
Bildirilib ki, Azərbaycan Prezidentinin "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Fərmanına uyğun olaraq, İqtisadiyyat və Sənaye Nazirliyinin “www.economy.gov.az” internet saytında elektron xidmətlər bölməsi yaradılıb. Bölmədə nazirlik tərəfindən müxtəlif fəaliyyət növlərinə lisenziyaların, malların mənşə və keyfiyyət sertifikatlarının verilməsi üçün tələb olunan sənədlərin siyahısı və müraciət edən şəxs tərəfindən doldurulmalı olan ərizənin elektron forması yerləşdirilib.
 
Bu bölmə sahibkarlara tələb olunan sənədləri elektron formada təqdim etməklə yanaşı, həmin xidmətlər üçün qanunvericiliklə müəyyən olunmuş dövlət rüsumlarının və xidmət haqlarının ödənişini onlayn rejimində həyata keçirməyə imkan verir.
 
Nazirlikdə kommersiya hüquqi şəxslərə münasibətdə qrant müqavilələrinin elektron qeydiyyatı da aparılır. Eyni zamanda, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən təsərrüfat subyektlərinə tətbiq edilən cərimə və maliyyə sanksiyalarının onlayn rejimində elektron ödənilməsi üçün imkanlar yaradılıb.
 
 
Nazirlik tərəfindən vətəndaşlara elektron informasiya resursları vasitəsilə onlayn rejimində qəbula yazılma, müraciətlərin onlayn rejimdə qəbulu və cavablandırılması, nazirliyin məsul işçiləri ilə canlı videoəlaqənin qurulması, onlayn rejimində sual-cavab və ən çox verilən suallar sistemi, dövlət proqramlarının icrası barədə informasiya sistemi (rəqəmsal xəritə), icazələrin elektron informasiya portalı – “www.icazeler.gov.az”, elektron ticarət portalı – “www.b2b.az”, nazirliyin press-relizlərinə elektron abunə yazılışı kimi informativ elektron xidmətlər göstərilir.
 
 
Tədbirdə nazirliyin məsul işçiləri ilə canlı videoəlaqənin qurulması, onlayn rejimində sual-cavab və ən çox verilən suallar sistemi, investisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi, İcazələrin elektron informasiya portalı – “www.icazeler.gov.az”, malların mənşə və keyfiyyət sertifikatlarının alınmasında elektron xidmətlərdən istifadə qaydaları barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib.
 
 
 SEYMUR



Baxış sayı: 594

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024