12px13px15px17px
Tarix:04/08/14

“Chrome” brauzerinin göstəricisi rekorda imza atıb

“Net Applications” monitorinq şirkətinin hesabatına əsasən, “Google Chrome” brauzerinin bazar payı 20%-ə çatıb.
 
“ICTnews" elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, iyulun nəticəsinə görə “Firefox” brauzerinin bazar payı 15,1% olub ki, bu da brauzer üçün 2007-ci ildən etibarən ən aşağı göstəricidir. O zaman “Chrome” brauzeri yenicə çıxarılmışdı, “Microsoft” isə “Internet Explorer 7” brauzerini buraxmışdı.
 
Brauzer bazarında birinci yerdə 58% göstəriciyə malik “Internet Explorer” brauzeri qərarlaşıb.
 
Dördüncü yerdə 5,2% göstəriciyə malik “Apple Safari” brauzeri qərarlaşıb ki, bu da ötən ayla müqayisədə 0,4% aşağıdır. “Opera” brauzerinin bazar payı 1%-dir.
 
Emil Hüseynov



Baxış sayı: 580

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024