12px13px15px17px
Tarix:24/08/11

2894 vergi ödəyicisi ilə elektron mübadilə haqda müqavilə imzalanıb

İyul ayında 2894 vergi ödəyicisi ilə elektron sənəd mübadiləsi barədə müqavilə imzalanıb. Vergilər Nazirliyinin Analitik informasiya şöbəsindən verilən məlumata görə, ötən ay Bakı Şəhər Vergilər Departamentinin Vergi ödəyicilərinə xidmət idarəsi tərəfindən 5514 vergi ödəyicisinə 15927 sayda müxtəlif növ vergi xidməti göstərilib.

Eyni zamanda, müraciət etmiş vergi ödəyicilərinə 2696 halda vergi qanunvericiliyinə aid izahatlar verilib, şifahi sorğular və müraciətlər cavablandırılıb.

Hesabat ayı ərzində 1318 halda vergi ödəyicilərinin şəxsi hesab vərəqələrindəki məlumatların verilməsi təmin edilib, 131 halda ərizə və arayış formalarının, 2729 halda bəyannamələrin düzgün tərtib edilməsinə köməklik göstərilib, 4896 halda bəyannamələrin vaxtında təqdim edilməsi və 1139 halda vergilərin vaxtında ödənilməsi barədə məlumat verilib.

Həmçinin 4685 vergi ödəyicisinin telefonla məlumatlandırılması həyata keçirilib.



Baxış sayı: 1157

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024