Tarix:05/08/14
Bu, bir həqiqətdir ki, alimlərimizin sözügedən istiqamətdə apardığı işlər həm elm sahəsində, həm də təhsil sahəsində dünyanın aparıcı beynəlxalq donor strukturları tərəfindən yüksək dəyərləndirilir və onlara böyük qrant layihələri ayrılır.
Avropa Birliyinin Tempus proqramları çərçivəsində yerinə yetirilən ECONANO "Nanotexnologiyaya əsaslanan ekoloji mühəndislik post magistr proqramlarının müasirləşdirilməsi" qrant layihəsi (655000 avro) də bu işlərdən biridir. Bakı Dövlət Universitetinin koordinatorluğu ilə yerinə yetirilən bu layihənin hazırkı mərhələdə vəziyyəti və problemlərinin həlli ilə əlaqədar layihənin Azərbaycan üzrə koordinatoru, BDU-nun Fizika fakültəsinin dekanı, professor Məhəmmədəli Ramazanov və Nanoaraşdırmalar laboratoriyasının aparıcı elmi işçisi dos. İsmət Əhmədov İtaliyanın Roma şəhərindəki Sapienza Universitetində elmi ezamiyyətdə olublar.
Səfər zamanı Azərbaycan tərəfdən Memarlıq və İnşaat Universitetinin professorları Tahir Pənahov və Fəqan Əliyev, Qafqaz Universitetinin əməkdaşları dekan Yadullah Babayev, Üzeyir Bağırov, Nail Tahirov, Təhsil Nazirliyinin əməkdaşları İlham Hümbətov və Sülhəddin Gözəlov iştirak ediblər. Səfər zamanı baş tutan görüşdə Sapienza Universitetinin prorektoru Antonello Biagini sözügedən layihənin işinə uğurlar arzulayıb və dünyanın aparıcı universitetləri ilə birgə Azərbaycan universitetlərinin belə bir mühüm proqramı yerinə yetirməsini böyük uğur adlandırıb. Sapienza Universitetinin tarixindən danışan prorektor qeyd edib ki, 700 illik tarixi olan təhsil ocağında bir sıra istiqamətlərdə uğurla kadr hazırlığı aparılır.
Öz növbəsində M.Ramazanov respublikamızda aparılan elm və təhsil sahəsindəki uğurlu islahatlardan, Azərbaycan Təhsilinin Avropa Təhsil məkanına inteqrasiyasından danışaraq bildirib ki, icra edilən layihə də inteqrasiyaya xidmət edir.
Sonra layihə iştirakçıları bölmələrdə öz işlərini davam etdirərək qarşıda duran bir sıra problemləri müzakirə ediblər. Azərbaycan ali məktəblərinin təhsilin magistr pilləsini bitirmiş 12 nümayəndəsi seçilərək post-magistr proqramı üzrə təhsil almaq hüququ qazanıblar. Onlar 4 ay müddətində BDU-da ECONANO istiqamətində nəzəri təhsil alacaq və imtahan verəcəklər. Birinci pillədə 30 kredit miqdarında təhsil alan nümayəndələr 3 ay müddətində Avropa Universitetlərində (Sapienza, Parij-13, Patras) praktik təhsil alacaqlar. Onların bütün səfər xərcləri qrant layihəsi çərçivəsində ödəniləcək.
SEYMUR
Nanotexnologiya istiqamətində fundamental elmi tədqiqat işləri aparılır
Son zamanlar Bakı Dövlət Universitetində dünya elminin prioritet istiqaməti olan nanotexnologiya istiqamətində fundamental elmi tədqiqat işləri ilə bərabər, bu istiqamətdə təhsilin təşkili istiqamətində ciddi işlər aparılır.Bu, bir həqiqətdir ki, alimlərimizin sözügedən istiqamətdə apardığı işlər həm elm sahəsində, həm də təhsil sahəsində dünyanın aparıcı beynəlxalq donor strukturları tərəfindən yüksək dəyərləndirilir və onlara böyük qrant layihələri ayrılır.
Avropa Birliyinin Tempus proqramları çərçivəsində yerinə yetirilən ECONANO "Nanotexnologiyaya əsaslanan ekoloji mühəndislik post magistr proqramlarının müasirləşdirilməsi" qrant layihəsi (655000 avro) də bu işlərdən biridir. Bakı Dövlət Universitetinin koordinatorluğu ilə yerinə yetirilən bu layihənin hazırkı mərhələdə vəziyyəti və problemlərinin həlli ilə əlaqədar layihənin Azərbaycan üzrə koordinatoru, BDU-nun Fizika fakültəsinin dekanı, professor Məhəmmədəli Ramazanov və Nanoaraşdırmalar laboratoriyasının aparıcı elmi işçisi dos. İsmət Əhmədov İtaliyanın Roma şəhərindəki Sapienza Universitetində elmi ezamiyyətdə olublar.
Səfər zamanı Azərbaycan tərəfdən Memarlıq və İnşaat Universitetinin professorları Tahir Pənahov və Fəqan Əliyev, Qafqaz Universitetinin əməkdaşları dekan Yadullah Babayev, Üzeyir Bağırov, Nail Tahirov, Təhsil Nazirliyinin əməkdaşları İlham Hümbətov və Sülhəddin Gözəlov iştirak ediblər. Səfər zamanı baş tutan görüşdə Sapienza Universitetinin prorektoru Antonello Biagini sözügedən layihənin işinə uğurlar arzulayıb və dünyanın aparıcı universitetləri ilə birgə Azərbaycan universitetlərinin belə bir mühüm proqramı yerinə yetirməsini böyük uğur adlandırıb. Sapienza Universitetinin tarixindən danışan prorektor qeyd edib ki, 700 illik tarixi olan təhsil ocağında bir sıra istiqamətlərdə uğurla kadr hazırlığı aparılır.
Öz növbəsində M.Ramazanov respublikamızda aparılan elm və təhsil sahəsindəki uğurlu islahatlardan, Azərbaycan Təhsilinin Avropa Təhsil məkanına inteqrasiyasından danışaraq bildirib ki, icra edilən layihə də inteqrasiyaya xidmət edir.
Sonra layihə iştirakçıları bölmələrdə öz işlərini davam etdirərək qarşıda duran bir sıra problemləri müzakirə ediblər. Azərbaycan ali məktəblərinin təhsilin magistr pilləsini bitirmiş 12 nümayəndəsi seçilərək post-magistr proqramı üzrə təhsil almaq hüququ qazanıblar. Onlar 4 ay müddətində BDU-da ECONANO istiqamətində nəzəri təhsil alacaq və imtahan verəcəklər. Birinci pillədə 30 kredit miqdarında təhsil alan nümayəndələr 3 ay müddətində Avropa Universitetlərində (Sapienza, Parij-13, Patras) praktik təhsil alacaqlar. Onların bütün səfər xərcləri qrant layihəsi çərçivəsində ödəniləcək.
SEYMUR
Baxış sayı: 880
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır