Tarix:05/08/14
“ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “Canalys” tədqiqat firmasının qiymətləndirməsinə görə, 2014-cü ilin aprel-iyununda dünya bazarına 123,9 milyon masaüstü, mobil FK və planşet buraxılıb ki, bu da ötən illə müqayisədə 14% yüksəkdir. Birinci rüblə müqayisədə, demək olar, artım qeydə alınmayıb.
Analitiklər tərəfindən araşdırılmış bazarda əvvəlki kimi 14% göstəriciyə malik “Apple” şirkəti liderdir, amma ABŞ şirkətinin brendinə məxsus FK-in tədarükü 5% azalıb.
“Lenovo” şirkəti ötən rüb ənənəvi və planşet FK-nin tədarükünü 20% artırıb, buna görə də Çin şirkətinin bazar payı 14%-ə çatıb. Sonrakı yerlərdə ABŞ-ın “HP” və “Dell” şirkətləri qərarlaşıb.
Planşet seqmentində, həmçinin “Apple” şirkəti liderdir, ötən rüb 13.3 milyon “iPad” planşeti tədarük edib. “Samsung” şirkəti 8.9 milyon qurğu buraxıb. Bu iki şirkət dünyada planşet satışının 46%-nə nəzarət edir, ancaq onlarla işləmək getdikcə çətinləşir. “Apple”ın əsas problemi “iPad”ın qiymətinin yüksək olmasıdır ki, bu da inkişaf etməkdə olan ölkələrdə yüksək tələbata mane olur, “Canalys”in əməkdaşı Ruşbax Doşi hesab edir.
2014-cü ilin ikinci rübündə noutbuk bazarında illik hesablama üzrə tədarüklərdə artım qeydə alınmayıb, halbuki bu məhsul istehsalçıları əvvəllər azalma qeydə almışdılar.
Emil Hüseynov
Noutbuk bazarı tədarük həcminə görə planşet bazarını ötüb
2014-cü ilin ikinci rübündə noutbuklar tədarük həcmi baxımından planşetlərdən daha populyar olublar. Hazırda planşetlər kompüter sənayesinə əvvəlki kimi o qədər güclü təsir göstərmir.“ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “Canalys” tədqiqat firmasının qiymətləndirməsinə görə, 2014-cü ilin aprel-iyununda dünya bazarına 123,9 milyon masaüstü, mobil FK və planşet buraxılıb ki, bu da ötən illə müqayisədə 14% yüksəkdir. Birinci rüblə müqayisədə, demək olar, artım qeydə alınmayıb.
Analitiklər tərəfindən araşdırılmış bazarda əvvəlki kimi 14% göstəriciyə malik “Apple” şirkəti liderdir, amma ABŞ şirkətinin brendinə məxsus FK-in tədarükü 5% azalıb.
“Lenovo” şirkəti ötən rüb ənənəvi və planşet FK-nin tədarükünü 20% artırıb, buna görə də Çin şirkətinin bazar payı 14%-ə çatıb. Sonrakı yerlərdə ABŞ-ın “HP” və “Dell” şirkətləri qərarlaşıb.
Planşet seqmentində, həmçinin “Apple” şirkəti liderdir, ötən rüb 13.3 milyon “iPad” planşeti tədarük edib. “Samsung” şirkəti 8.9 milyon qurğu buraxıb. Bu iki şirkət dünyada planşet satışının 46%-nə nəzarət edir, ancaq onlarla işləmək getdikcə çətinləşir. “Apple”ın əsas problemi “iPad”ın qiymətinin yüksək olmasıdır ki, bu da inkişaf etməkdə olan ölkələrdə yüksək tələbata mane olur, “Canalys”in əməkdaşı Ruşbax Doşi hesab edir.
2014-cü ilin ikinci rübündə noutbuk bazarında illik hesablama üzrə tədarüklərdə artım qeydə alınmayıb, halbuki bu məhsul istehsalçıları əvvəllər azalma qeydə almışdılar.
Emil Hüseynov
Baxış sayı: 585
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır