12px13px15px17px
Tarix:06/08/14

RYTN-in “İKT üzrə kadr hazırlığı proqramı” çərçivəsində hazırda 48 gənc xaricdə təhsilini davam etdirir

İnsan resurslarının inkişafı və yüksəkixtisaslı kadr hazırlığı ölkədə İKT-nin inkişafı üçün müəyyənləşdirilən 4 əsas strateji istiqamətdən biridir. Bu istiqamətdə “Azərbaycan Respublikasının İKT sahəsində kadr potensialı barədə məlumat sisteminin işlənməsi” layihəsi həyata keçirilib.
 
İKT sahəsində kadr potensialı barədə məlumat sisteminin arxitektura və iş prinsipləri işlənilib, proqram təminatı reallaşdırılıb və məlumat bazası formalaşdırılıb.
 
Yaradılan məlumat sistemi İKT bazarında mövcud vəziyyəti təhlil etməklə yanaşı, gələcək potensialı da proqnozlaşdırmağa imkan verir. Sektorda kadr siyasəti ilə bağlı bu məlumat “Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi - 2013” adlı illik hesabatda yer alıb. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) tərəfindən nəşr olunan hesabatda qeyd olunur ki, kadrların yenidən hazırlığı ilə əlaqədar 2013-cü il ərzində 2249 nəfər 40 müxtəlif istiqamət üzrə hazırlıq və təkrar hazırlıq proqramlarına cəlb olunub.
 
Hazırlıq proqramlarının məzmunu kibercinayətlərin araşdırılması, peyk mühəndisliyi, NGN stansiyalarının idarə edilməsi və s. kimi sahələri əhatə edib. Hazırlıq keçənlərdən 754 nəfəri İKT, 210 nəfəri Kütləvi Xidmətlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sistemi, 59 nəfəri stansiya mühəndisliyi üzrə peşə vərdişlərinin inkişaf etdirilməsi məqsədi ilə təlimlərdə iştirak ediblər.
 
2007-ci ildə İKT üzrə milli kadrların hazırlanması məqsədilə RİTN və ölkənin aparıcı İT şirkətlərinin iştiraki ilə yaradılmış “İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı naminə insan resursları fondu”nun “İKT üzrə kadr hazırlığı proqramı” çərçivəsində 221 nəfər gənc təhsilini ölkə xaricində davam etdirmək imkanı əldə edib və onlardan 48-i hazırda təhsilini davam etdirməkdədir.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 573

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Mart 2024

18 03 2024