Tarix:07/08/14
"ICTnews" xəbər xidmətinin "www.yandex.ru" saytına istinadən verdiyi məlumata əsasən, "Nanu"nu, "3G" və "4G", "Wi-Fi" şəbəkələrində işləyən "Viber" və "Skype"dan fərqləndirən xüsusiyyətlərdən biri odur ki, bu proqram istənilən texnologiya üzərindən işləyə bilər, hətta "2G" şəbəkəsində belə.
Bunun sayəsində servisdən digər servislərə çıxış olmayan məkanlarda belə istifadə etmək mümkündür.
Nəzərə alsaq ki, əhalinin böyük əksəriyyəti hələ də telefon zəngləri üçün "2G" şəbəkəsindən istifadə edir, bu o deməkdir ki, ilk dəfə olaraq dünyanın ucqar bölgələrində yaşayan aztəminatlı əhali öz doğmalarına artıq pulsuz zəng edə biləcək. Bundan başqa, bu servis vasitəsi ilə hətta servisdən istifadə etməyən abunəçiyə zəng etmək olar. Bu cür zənglərin həyata keçirilməsi üçün tərtibatçılar telefon zənglərinin səsi yerinə reklam məlumatlarını dinləyəcəklər.
Reklam verənlərin pulları zəngin qiymətinin ödənilməsinə xərclənəcək, hətta zəng stasionar şəhər rabitəsi şəbəkəsinə edilirsə belə, zəng edən zəng üçün pul ödəməyəcək.
Zəng etmək üçün "Nanu" proqramını telefona yükləmək kifayətdir və bundan sonra dünyanın istənilən nöqtəsinə pulsuz zəng etmək olar. Servisi hələ yükləməyən abunəçilərə zəng etmək üçün xüsusi tarif formalaşdırmaq mümkündür.
Servisin yaradıcıları xidmətlə mümkün qədər çox sayda insanı təmin etmək niyyətindədirlər.
Məhsulu populyarlaşdırmaq üçün tərtibatçılar ilk bir milyon proqramı yükləyən istifadəçiyə bir-biri ilə pulsuz danışıq və dünyanın istənilən operatorunun şəbəkəsi ilə 15 dəqiqə danışıq imkanı təqdim edir. İlk növbədə əlavəni "Android" istifadəçiləri yükləyə bilərlər, yaxın zamanda isə bu imkan "iPhone" istifadəçilərinə də təqdim ediləcək.
Aynur Vəliyeva
Dünya üzrə pulsuz zənglər etməyə imkan verən yeni proqram istifadəyə verilib
Dünya ictimaiyyətinə mobil qurğular üçün nəzərdə tutulmuş və pulsuz zənglər etməyə imkan verən "Nanu" proqramı rəsmi şəkildə təqdim edilib."ICTnews" xəbər xidmətinin "www.yandex.ru" saytına istinadən verdiyi məlumata əsasən, "Nanu"nu, "3G" və "4G", "Wi-Fi" şəbəkələrində işləyən "Viber" və "Skype"dan fərqləndirən xüsusiyyətlərdən biri odur ki, bu proqram istənilən texnologiya üzərindən işləyə bilər, hətta "2G" şəbəkəsində belə.
Bunun sayəsində servisdən digər servislərə çıxış olmayan məkanlarda belə istifadə etmək mümkündür.
Nəzərə alsaq ki, əhalinin böyük əksəriyyəti hələ də telefon zəngləri üçün "2G" şəbəkəsindən istifadə edir, bu o deməkdir ki, ilk dəfə olaraq dünyanın ucqar bölgələrində yaşayan aztəminatlı əhali öz doğmalarına artıq pulsuz zəng edə biləcək. Bundan başqa, bu servis vasitəsi ilə hətta servisdən istifadə etməyən abunəçiyə zəng etmək olar. Bu cür zənglərin həyata keçirilməsi üçün tərtibatçılar telefon zənglərinin səsi yerinə reklam məlumatlarını dinləyəcəklər.
Reklam verənlərin pulları zəngin qiymətinin ödənilməsinə xərclənəcək, hətta zəng stasionar şəhər rabitəsi şəbəkəsinə edilirsə belə, zəng edən zəng üçün pul ödəməyəcək.
Zəng etmək üçün "Nanu" proqramını telefona yükləmək kifayətdir və bundan sonra dünyanın istənilən nöqtəsinə pulsuz zəng etmək olar. Servisi hələ yükləməyən abunəçilərə zəng etmək üçün xüsusi tarif formalaşdırmaq mümkündür.
Servisin yaradıcıları xidmətlə mümkün qədər çox sayda insanı təmin etmək niyyətindədirlər.
Məhsulu populyarlaşdırmaq üçün tərtibatçılar ilk bir milyon proqramı yükləyən istifadəçiyə bir-biri ilə pulsuz danışıq və dünyanın istənilən operatorunun şəbəkəsi ilə 15 dəqiqə danışıq imkanı təqdim edir. İlk növbədə əlavəni "Android" istifadəçiləri yükləyə bilərlər, yaxın zamanda isə bu imkan "iPhone" istifadəçilərinə də təqdim ediləcək.
Aynur Vəliyeva
Baxış sayı: 3184
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib