12px13px15px17px
Tarix:07/08/14

“Samsung” şirkəti “Galaxy Note 4” fabletinin reliz tarixini açıqlayıb

“Samsung” şirkəti “Unpacked 2014” mətbuat konfransının keçirilmə tarixini elan edib. Tədbir sentyabrın 3-də eyni zamanda Berlin, Pekin və Nyu-York şəhərlərində keçiriləcək. Güman ki, tədbirdə dördüncü nəsil “Galaxy Note” fableti və başqa yeniliklər nümayiş etdiriləcək.
 
Xatırladaq ki, ötən il “Unpacked” çərçivəsində şirkət üçüncü nəsil “Note”, 2012-ci ildə isə “Galaxy Note II”-ni təqdim edib.
 
“ICTnews" elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, ənənəyə görə, “Unpacked 2014” “IFA” sərgisinin başlanmasından bir neçə gün əvvəl keçiriləcək. Bu il Berlin sərgisi 5-10 sentyabr tarixlərində keçiriləcək.
 
“Galaxy Note 4” fabletinin “Quad HD” (2560x1400) təsvir ölçülü yüksək keyfiyyətli ekran və “Sony” istehsalının optik sabitləşmə sisteminə malik 16 meqapiksellik fotosensoru ilə təchiz edilib. Yeni fabletin AMOLED ekranının diaqonalı 5,7 düym təşkil edəcək.
 
Emil Hüseynov




Baxış sayı: 637

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024