Tarix:07/08/14
"Biz ümid edirik ki, gələcəkdə saytların çoxu HTTPS (şifrləməni dəstəkləyən HTTP məlumatların ötürülməsi protokolunun genişlənməsi) istifadə edəcək" – “Google”un bloqunda yazılıb.
“ICTnews" elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, ABŞ Milli Təhlükəsizlik agentliyinin internet istifadəçiləri və mobil qurğu sahiblərini qlobal izləməsi haqda xəbərlərdən sonra “Google” bu addımı atıb. Məlumatların şifrlənməsi texnologiyası istifadəçilər aeroport və qəhvəxanalarda ictimai “Wi-Fi” vasitəsilə internetə qoşulduqları halda belə onların məlumatlarına icazəsiz giriş cəhdlərindən mühafizəni təmin edir.
“Google”dan bildirilib ki, korporasiya bir neçə ay bundan əvvəl şifrləmə texnologiyasından istifadə edilmiş saytları dəstəkləməyə başlayıb. Əvvəlcə tərtibatçılar sözügedən texnologiyanın bahalı olmasına görə onun tətbiqindən çəkiniblər, həmçinin istifadəçi sorğularına cavabları ləngidəcəyindən ehtiyat ediblər. Amma şifrlənmənin dəstəyinin qiyməti azalır.
“Google” öz istifadəçilərinin təhlükəsizliyini təmin etmək üçün “Gmail” elektron poçtu vasitəsilə mesajlaşmağın təhlükəsizliyini təmin edən texnologiya tətbiq edib.
Emil Hüseynov
“Google” axtarış nəticələrində istifadəçilərin məlumatlarını dəstəkləyən saytlara üstünlük verəcək
“The Wall Street Journal” nəşri yazır ki, ABŞ-ın “Google” internet korporasiyasından bildirilib ki, haker hücumları və istifadəçi informasiyasının ələ keçirilməsinə qarşı mühafizə texnologiyaları quraşdırılmış veb-saytlara axtarış nəticələrində üstünlük veriləcək."Biz ümid edirik ki, gələcəkdə saytların çoxu HTTPS (şifrləməni dəstəkləyən HTTP məlumatların ötürülməsi protokolunun genişlənməsi) istifadə edəcək" – “Google”un bloqunda yazılıb.
“ICTnews" elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, ABŞ Milli Təhlükəsizlik agentliyinin internet istifadəçiləri və mobil qurğu sahiblərini qlobal izləməsi haqda xəbərlərdən sonra “Google” bu addımı atıb. Məlumatların şifrlənməsi texnologiyası istifadəçilər aeroport və qəhvəxanalarda ictimai “Wi-Fi” vasitəsilə internetə qoşulduqları halda belə onların məlumatlarına icazəsiz giriş cəhdlərindən mühafizəni təmin edir.
“Google”dan bildirilib ki, korporasiya bir neçə ay bundan əvvəl şifrləmə texnologiyasından istifadə edilmiş saytları dəstəkləməyə başlayıb. Əvvəlcə tərtibatçılar sözügedən texnologiyanın bahalı olmasına görə onun tətbiqindən çəkiniblər, həmçinin istifadəçi sorğularına cavabları ləngidəcəyindən ehtiyat ediblər. Amma şifrlənmənin dəstəyinin qiyməti azalır.
“Google” öz istifadəçilərinin təhlükəsizliyini təmin etmək üçün “Gmail” elektron poçtu vasitəsilə mesajlaşmağın təhlükəsizliyini təmin edən texnologiya tətbiq edib.
Emil Hüseynov
Baxış sayı: 886
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib