12px13px15px17px
Tarix:07/08/14

Bakı şəhərində yerləşən və BŞTİ-nin tabeliyində olan məktəblərə qəbul üçün elektron ərizə vasitəsilə müraciət edənlərin sayının artacağı gözlənilir

Azərbaycan Respublikası təhsil nazirinin “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları” barədə əmrinə müvafiq olaraq Bakı şəhərində yerləşən və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində olan məktəblərə qəbul iyul ayının 20-dən avqust ayının 20-dək elektron ərizələr vasitəsilə aparılır. Hazırda 2696 nəfər qeydiyyatdan keçmişdir.
 
Elektron ərizə vasitəsilə müraciət edənlərin sayının artacağı, 4000-5000 nəfər olacağı gözlənilir.
 
BŞTİ-dən bildirilib ki, artıq avqust ayının 5-dən etibarən müsahibələrə başlanılıb.
 
Öncədən təşkil edilmiş xüsusi komissiyaların iştirakı ilə həyata keçirilən  müsahibələr sentyabr ayının 10-dək davam edəcək. Müsahibə iştirakçıları nəticələrini 48 saat ərzində “bakuedu.az” saytında bu mövzu ilə əlaqədar yaradılmış bölmədən öyrənə biləcəklər.
 
 
Qeyd edək ki, “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları”na əsasən I sinfə qəbul həmin il sentyabrın 16-dan dekabrın 31-dək 6 yaşı tamam olan xüsusi istedadlı uşaqlara şamil edilir.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 1394

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024