Tarix:07/08/14
İsmayılov, həmçinin beynəlxalq əməkdaşlıqla bağlı işlərini davam etdirəcək. O, nazir müavini təyin edilməzdən əvvəl, 2013-cü ilin yanvarından Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyinin beynəlxalq əlaqələr departamentinə rəhbərlik edib.
Rəşid İsmayılov 20 ildən çox müddətdə "Ericsson", "Nokia Networks", "Nokia-Siemens Networks" və "Huawei" daxil olmaqla, müxtəlif telekommunikasiya və İT şirkətlərində çalışıb.
O, sözügedən nazirliyin departament direktoru vəzifəsində rabitə və kütləvi kommunikasiyalar sahəsində beynəlxalq əlaqələrin inkişafı, xarici tərəfdaşlarla münasibətlərin genişləndirilməsi, həmçinin qlobal informasiya-kommunikasiya texnologiyaları bazarı sahəsində Rusiyanın nüfuzunun möhkəmləndirilməsi ilə məşğul olub.
"Beynəlxalq əlaqələr departamentinin direktoru vəzifəsində işləmiş Rəşid İsmayılov özünü ən yüksək səviyyədə qərarlar qəbul edən və iş aparmaq qabiliyyətinə malik məsuliyyətli rəhbər kimi tanıda bilib. Beynəlxalq təşkilatlarla əməkdaşlıq təcrübəsi ona İT sahəsinin inkişafı ilə bağlı bir sıra məsələləri uğurla həll etməyə icazə verəcək" – nazir Nikolay Nikiforov belə deyib.
Məlumat üçün bildirək ki, İsmayılov 1965-ci il noyabrın 2-də Bakıda anadan olub. 1982-ci ildə Moskvada SSRİ-nin Xarici İşlər Nazirliyinin internat məktəbini, 1988-ci ildə Lomonosov adına Moskva Dövlət Universitetinin tarix fakültəsini, 2007-ci ildə isə Moskva Dövlət Maşınqayırma Universitetini bitirib.
O, ingilis, italyan, portuqal və türk dillərində sərbəst danışır, həmçinin ispan, alman və fransız dillərini bilir, "Cnews" yazır.
Emil Hüseynov
Rusiyanın rabitə və kütləvi kommunikasiyalar nazirinin yeni müavini azərbaycanlı oldu
Rusiyanın rabitə və kütləvi kommunikasiyalar nazirinə yeni müavin təyin edilib. Bu vəzifəni əslən azərbaycanlı olan Rəşid İsmayılov icra edəcək. O, yeni vəzifəsində İT sahəsinin inkişafı istiqamətinə rəhbərlik edəcək. Qeyd edək ki, bundan əvvəl bu sahəyə 2014-cü ilin iyununda nazirliyi tərk etmiş Mark Şmuleviç nəzarət edib.İsmayılov, həmçinin beynəlxalq əməkdaşlıqla bağlı işlərini davam etdirəcək. O, nazir müavini təyin edilməzdən əvvəl, 2013-cü ilin yanvarından Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyinin beynəlxalq əlaqələr departamentinə rəhbərlik edib.
Rəşid İsmayılov 20 ildən çox müddətdə "Ericsson", "Nokia Networks", "Nokia-Siemens Networks" və "Huawei" daxil olmaqla, müxtəlif telekommunikasiya və İT şirkətlərində çalışıb.
O, sözügedən nazirliyin departament direktoru vəzifəsində rabitə və kütləvi kommunikasiyalar sahəsində beynəlxalq əlaqələrin inkişafı, xarici tərəfdaşlarla münasibətlərin genişləndirilməsi, həmçinin qlobal informasiya-kommunikasiya texnologiyaları bazarı sahəsində Rusiyanın nüfuzunun möhkəmləndirilməsi ilə məşğul olub.
"Beynəlxalq əlaqələr departamentinin direktoru vəzifəsində işləmiş Rəşid İsmayılov özünü ən yüksək səviyyədə qərarlar qəbul edən və iş aparmaq qabiliyyətinə malik məsuliyyətli rəhbər kimi tanıda bilib. Beynəlxalq təşkilatlarla əməkdaşlıq təcrübəsi ona İT sahəsinin inkişafı ilə bağlı bir sıra məsələləri uğurla həll etməyə icazə verəcək" – nazir Nikolay Nikiforov belə deyib.
Məlumat üçün bildirək ki, İsmayılov 1965-ci il noyabrın 2-də Bakıda anadan olub. 1982-ci ildə Moskvada SSRİ-nin Xarici İşlər Nazirliyinin internat məktəbini, 1988-ci ildə Lomonosov adına Moskva Dövlət Universitetinin tarix fakültəsini, 2007-ci ildə isə Moskva Dövlət Maşınqayırma Universitetini bitirib.
O, ingilis, italyan, portuqal və türk dillərində sərbəst danışır, həmçinin ispan, alman və fransız dillərini bilir, "Cnews" yazır.
Emil Hüseynov
Baxış sayı: 1301
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır