12px13px15px17px
Tarix:08/08/14

Azərbaycanın tranzit qovşağa çevrilməsi məqsədilə ölkə üzərindən tranzit trafikin təşkil olunması üçün tədbirlər davam edir

Son illər beynəlxalq internet kanallarının tutumunun artırılması sayəsində Gürcüstan, İran, İraq, Orta Asiya ölkələrinə internet trafiki Azərbaycan ərazisindən ötürülür. Trafik mübadiləsi ilə bağlı bu məlumat “Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi - 2013” adlı illik hesabatda yer alıb.
 
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) tərəfindən nəşr olunan hesabatda qeyd olunur ki, hesabat ilində ölkə üzrə beynəlxalq giriş və çıxış trafikinin həcmi müvafiq olaraq giriş trafiki üzrə 518,7 milyon dəqiqə, çıxış trafiki üzrə 157,6 milyon dəqiqə təşkil edib. Beynəlxalq telefon trafikinin həcmində 2011-ci ildən etibarən azalma müşahidə edilməkdədir.
 
Bu, əsasən ölkədə internetin geniş yayılması və əhalinin internet üzərindən danışıqlara üstünlük verməsi ilə əlaqədardır. 2013-cü ildə 1219,5 km-dən çox fiber-optik kabel xətti çəkilib və artıq ölkənin rayon mərkəzlərinin magistral optik şəbəkə ilə əhatə olunması təmin olunub. 2012-ci illə müqayisədə ölkənin beynəlxalq internet kanallarının ümumi tutumu 50 Gbit/s artırılaraq 250 Gbit/s-yə çatdırılıb.
 
Qeyd edək ki, ölkəmizin tranzit qovşağa çevrilməsi məqsədilə ölkə Azərbaycan üzərindən tranzit trafikin təşkil olunması üçün tədbirlər cari ildə də davam etdirilib. Ölkədə əhalinin internet xidmətlərinə tələbatının artmasının və yaradılmış texniki imkanlığın nəticəsidir ki, beynəlxalq internet kanallarının ümumi tutumu hazırda da 250 Gbit/s təşkil edir. 
 
2014-cü ilin birinci yarımilliyi ərzində dünya ölkələrindən Azərbaycana daxil olan beynəlxalq giriş trafikinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 58.8 mln. dəqiqə azalaraq 201.5 mln. dəqiqə, çıxış trafikinin həcmi isə 21.3 mln. dəqiqə azalaraq 65.3 mln. dəqiqə təşkil edib.
 
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 699

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024