Tarix:09/08/14
İT sahəsində xüsusilə kompüter periferiya avadanlıqlarının və proqram təminatının topdansatışında 107,2%, proqram təminatının işlənməsində 63,5%, elektron və radioelementlərin istehsalında 56,4% artım müşahidə olunub. Ölkənin İT sektorunda istehsal sahəsi ilbəil daha da artmaqdadır. Hazırda ölkənin İT sektorunda istehsal sahəsinin xüsusi çəkisi 31,5%, xidmət-ticarət sahəsinin isə 68,5% təşkil edir. 2009-cu ildə isə bu nisbət müvafiq olaraq 24,4% və 75,6% təşkil edib.
Ümumiyyətlə, bu gün Azərbaycanda İT sənayesi inkişaf edir, yerli şirkətlərin peşəkarlıq səviyyəsi yüksəlir, ölkənin İT şirkətləri yerli layihələrlə yanaşı, Cənubi Qafqazda və Mərkəzi Asiya ölkələrində layihələr icra edir. Azərbaycanda istehsal olunan kompüterlər, elektron avadanlıqlar və proqram təminatı region bazarlarına ixrac olunur.
Həqiqət İSABALAYEVA
Azərbaycanda İT sektorunun artım tempi ilbəil artmaqdadır
İT sektorunun artım tempi İKT sektorunun ümumi artım tempindən daha yüksəkdir və ilbəil xüsusi çəkisi artmaqdadır. “İT sənayesi: mövcud vəziyyət” ilə bağlı bu məlumat “Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi - 2013” adlı illik hesabatda yer alıb. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) tərəfindən nəşr olunan hesabatda qeyd olunur ki, 2013-cü ildə 2012-ci illə müqayisədə İT-nin ümumi sektorunda xüsusi çəkisi 8,6%-dan 10,5%-a yüksəlib. 2013-cü ildə ölkənin İT sektorunun gəlirləri 219,1 milyon ABŞ dollarına çatıb və əvvəlki illə müqayisədə 1,3 dəfə genişlənib.İT sahəsində xüsusilə kompüter periferiya avadanlıqlarının və proqram təminatının topdansatışında 107,2%, proqram təminatının işlənməsində 63,5%, elektron və radioelementlərin istehsalında 56,4% artım müşahidə olunub. Ölkənin İT sektorunda istehsal sahəsi ilbəil daha da artmaqdadır. Hazırda ölkənin İT sektorunda istehsal sahəsinin xüsusi çəkisi 31,5%, xidmət-ticarət sahəsinin isə 68,5% təşkil edir. 2009-cu ildə isə bu nisbət müvafiq olaraq 24,4% və 75,6% təşkil edib.
Ümumiyyətlə, bu gün Azərbaycanda İT sənayesi inkişaf edir, yerli şirkətlərin peşəkarlıq səviyyəsi yüksəlir, ölkənin İT şirkətləri yerli layihələrlə yanaşı, Cənubi Qafqazda və Mərkəzi Asiya ölkələrində layihələr icra edir. Azərbaycanda istehsal olunan kompüterlər, elektron avadanlıqlar və proqram təminatı region bazarlarına ixrac olunur.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 772
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır