Tarix:11/08/14
Təkliflərə əsasən, dövlət qurumları tərəfindən təqdim olunan xidmətlərin əhəmiyyətlilik səviyyəsindən asılı olmaqla elektron formaya keçirilməsi təmin edilməli, elektron formaya keçirilməli olan xidmətlər üçün prioritet istiqamətlər və keçid planı hazırlanmalıdır. E-xidmətlərdən istifadə ilə bağlı rəsmi statistikanın təkmilləşdirilməsinə ehtiyac olması da vurğulanır. Həmçinin “Elektron hökumət” portalından və dövlət qurumlarının rəsmi saytlarından alınan eyni bir elektron xidmətin vahid statistikasını aparmaq, dövlət qurumlarının rəsmi internet resurslarının elektron xidmətlər bölməsində təqdim edilən xidmətlərin statistikasını qeyd etmək, eyni bir xidmətin ASAN vasitəsilə və müvafiq dövlət qurumu vasitəsilə əldə edilməsi ilə bağlı statistika hazırlamaq da təklif edilir.
Eyni zamanda mövcud elektron xidmətlər və onlardan istifadə qaydaları haqqında KİV-də, internetdə və digər sahələrdə reklam və tanıtım işlərini təşkil etmək, “Elektron hökumət” portalında bütün e- xidmətlərin istifadə təlimatlarını yerləşdirmək, elektron xidmətlərin ictimai təqdimatlarını təşkil etmək, e-xidmətlərin keyfiyyətsiz formada təqdim edilməsi ilə bağlı məsuliyyətin artırılması istiqamətində tədbirlər müəyyən etmək və ictimai nəzarət mexanizmlərini təkmilləşdirmək, elektron xidmətlərdən istifadə sahəsində vətəndaşların bilik və bacarıqlarının artırılması üçün zəruri tədbirlər hazırlamaq kimi təkliflər irəli sürülür.
Elektron xidmətlərin “bir pəncərə” prinsipi ilə təqdim edilməsi, informasiya sistemlərinin, dövlət servislərinin inteqrasiyası, FİN-ə qoşulması üçün konkret müddət müəyyən edilməklə keçid planının hazırlanması, elektron xidmətlərdən vətəndaşların daha rahat və effektiv üsullarla istiafdəsi üçün mobil və onlayn tətbiqlərin hazırlanmasının stimullaşdırılması, bu məqsədlə dövlət informasiya sistemlərinə özəl sektorun giriş imkanlarının yaradılması da təkliflərdə əksini tapıb.
Həqiqət İSABALAYEVA
Elektron xidmətlərdən istifadə və populyarlıq səviyyəsinin yüksəldilməsi ilə bağlı təkliflər hazırlanıb
Elektron xidmətlərdən istifadə və populyarlıq səviyyəsinin yüksəldilməsi, elektron xidmətlərdən istifadə sahəsində vətəndaşların rahatlığı və məmnunluğunun yaradılması ilə bağlı təkliflər hazırlanıb. Elektron xidmətlərin Təşviqi üzrə İctimai Şura və Multimedia Mərkəzinin birgə əməkdaşlığı ilə hazırlanan təkliflər Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə təqdim edilib.Təkliflərə əsasən, dövlət qurumları tərəfindən təqdim olunan xidmətlərin əhəmiyyətlilik səviyyəsindən asılı olmaqla elektron formaya keçirilməsi təmin edilməli, elektron formaya keçirilməli olan xidmətlər üçün prioritet istiqamətlər və keçid planı hazırlanmalıdır. E-xidmətlərdən istifadə ilə bağlı rəsmi statistikanın təkmilləşdirilməsinə ehtiyac olması da vurğulanır. Həmçinin “Elektron hökumət” portalından və dövlət qurumlarının rəsmi saytlarından alınan eyni bir elektron xidmətin vahid statistikasını aparmaq, dövlət qurumlarının rəsmi internet resurslarının elektron xidmətlər bölməsində təqdim edilən xidmətlərin statistikasını qeyd etmək, eyni bir xidmətin ASAN vasitəsilə və müvafiq dövlət qurumu vasitəsilə əldə edilməsi ilə bağlı statistika hazırlamaq da təklif edilir.
Eyni zamanda mövcud elektron xidmətlər və onlardan istifadə qaydaları haqqında KİV-də, internetdə və digər sahələrdə reklam və tanıtım işlərini təşkil etmək, “Elektron hökumət” portalında bütün e- xidmətlərin istifadə təlimatlarını yerləşdirmək, elektron xidmətlərin ictimai təqdimatlarını təşkil etmək, e-xidmətlərin keyfiyyətsiz formada təqdim edilməsi ilə bağlı məsuliyyətin artırılması istiqamətində tədbirlər müəyyən etmək və ictimai nəzarət mexanizmlərini təkmilləşdirmək, elektron xidmətlərdən istifadə sahəsində vətəndaşların bilik və bacarıqlarının artırılması üçün zəruri tədbirlər hazırlamaq kimi təkliflər irəli sürülür.
Elektron xidmətlərin “bir pəncərə” prinsipi ilə təqdim edilməsi, informasiya sistemlərinin, dövlət servislərinin inteqrasiyası, FİN-ə qoşulması üçün konkret müddət müəyyən edilməklə keçid planının hazırlanması, elektron xidmətlərdən vətəndaşların daha rahat və effektiv üsullarla istiafdəsi üçün mobil və onlayn tətbiqlərin hazırlanmasının stimullaşdırılması, bu məqsədlə dövlət informasiya sistemlərinə özəl sektorun giriş imkanlarının yaradılması da təkliflərdə əksini tapıb.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 646
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır