Tarix:12/08/14
“ICTnews” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, daha çox braziliyalılar mobil operatorunu dəyişmək istəyirlər. Çünki onlar xidmət keyfiyyətindən narazıdırlar. Rəyi soruşulanların 45 faizi yaxın vaxtlarda bunu etməyə hazırlaşır. Müştərilərin məmnunluq səviyyəsi 7,7 bal səviyyəsində qiymətləndirilib ki, bu da “Teleperformance” şirkəti tərəfindən altı ölkə üzrə hesablanmış orta səviyyədən aşağıdır.
Operatoru dəyişmək üzrə ən aşağı göstərici ABŞ-ın (24%) mobil rabitə bazarındadır. Burada müştərilərin məmnunluq dərəcəsi 8,3 bal təşkil edir ki, bu da orta göstəricini 0,3 bal ötür.
Avropanın müxtəlif ölkələrində müştərilərin mobil operatorların xidmətindən məmnunluq dərəcəsi fərqlənir. Britaniyalılar öz şirkətlərinə bağlıdır, onların yalnız 29 faizi öz operatorunu dəyişmək istəyir. Amma tələbkar fransızlar öz şirkətlərinin göstərdikləri xidmətin keyfiyyətindən braziliyalılarla müqayisədə daha çox narazıdırlar, hərçənd provayderi dəyişməyə tam qətiyyətlə hazır deyillər.
“Teleperformance” şirkətinin məlumatına görə, şikayətlərlə işləmək üzrə qeyri-kafi keyfiyyət provayderin dəyişməsi üçün əsas arqumentdir. Əksər hallarda istehlakçılar problemlər haqda şirkəti sosial media vasitəsilə məlumatlandırırlar.
ABŞ-da “Facebook” sosial şəbəkəsində istifadəçinin sorğusuna 16 saat, Braziliyada tvit 17 saat müddətində cavablandırılır. Almaniyada “Facebook”da istifadəçi sorğusuna 7 saata, amma “Twitter”də 11 saata cavab verilir. Tvitlərə ən tez (3 saat) Fransa və ABŞ-da cavab verilir.
Emil Hüseynov
İstifadəçilərin üçdə biri öz mobil operatorunu dəyişmək istəyir
“Teleperformance” şirkətinin “Customer Experience Lab” laboratoriyası müştərilərin mobil operatorların keyfiyyətindən məmnunluq dərəcəsini araşdırıb. Tədqiqat ABŞ, Böyük Britaniya, Almaniya, Fransa və Braziliyada aparılıb. Orta hesabla müştərilərin 34 faizi öz mobil rabitə provayderini dəyişmək istəyir.“ICTnews” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, daha çox braziliyalılar mobil operatorunu dəyişmək istəyirlər. Çünki onlar xidmət keyfiyyətindən narazıdırlar. Rəyi soruşulanların 45 faizi yaxın vaxtlarda bunu etməyə hazırlaşır. Müştərilərin məmnunluq səviyyəsi 7,7 bal səviyyəsində qiymətləndirilib ki, bu da “Teleperformance” şirkəti tərəfindən altı ölkə üzrə hesablanmış orta səviyyədən aşağıdır.
Operatoru dəyişmək üzrə ən aşağı göstərici ABŞ-ın (24%) mobil rabitə bazarındadır. Burada müştərilərin məmnunluq dərəcəsi 8,3 bal təşkil edir ki, bu da orta göstəricini 0,3 bal ötür.
Avropanın müxtəlif ölkələrində müştərilərin mobil operatorların xidmətindən məmnunluq dərəcəsi fərqlənir. Britaniyalılar öz şirkətlərinə bağlıdır, onların yalnız 29 faizi öz operatorunu dəyişmək istəyir. Amma tələbkar fransızlar öz şirkətlərinin göstərdikləri xidmətin keyfiyyətindən braziliyalılarla müqayisədə daha çox narazıdırlar, hərçənd provayderi dəyişməyə tam qətiyyətlə hazır deyillər.
“Teleperformance” şirkətinin məlumatına görə, şikayətlərlə işləmək üzrə qeyri-kafi keyfiyyət provayderin dəyişməsi üçün əsas arqumentdir. Əksər hallarda istehlakçılar problemlər haqda şirkəti sosial media vasitəsilə məlumatlandırırlar.
ABŞ-da “Facebook” sosial şəbəkəsində istifadəçinin sorğusuna 16 saat, Braziliyada tvit 17 saat müddətində cavablandırılır. Almaniyada “Facebook”da istifadəçi sorğusuna 7 saata, amma “Twitter”də 11 saata cavab verilir. Tvitlərə ən tez (3 saat) Fransa və ABŞ-da cavab verilir.
Emil Hüseynov
Baxış sayı: 674
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır