12px13px15px17px
Tarix:13/08/14

Şəbəkədə domenlərin ümumi sayı 276 milyonu ötüb

“Verisign” şirkəti domen sənayesi üzrə  bu ilin birinci rübünə həsr edilmiş hesabat  təqdim edib. 31 mart tarixinə olan məlumata görə, qeydiyyatdan keçmiş domenlərin (bütün domen zonalarında) ümumi sayı 276 milyon olub. Bu halda cari ilin ilk üç ayı ərzində domenlərin sayı 5 milyon artıb.
 
“ICTnews” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, 5 milyondan 3,6 milyonu milli domenlərin payına düşüb.
 
“Verisign” şirkətinin məlumatına görə, qlobal şəbəkə istifadəçiləri hər dəqiqə 204 milyon elektron poçt mesajı göndərirlər.
 
Emil Hüseynov
 

 



Baxış sayı: 633

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024