Tarix:13/08/14
“ICTnews” elektron xəbər xidmətinin “www.cybersecurity.ru” saytına istinadən verdiyi məlumata əsasən, “Google”, “Facebook” və ya “Twitter” kimi iri internet şirkətlərinin bəziləri, öz serverlərini “HTTP”nin şifrələnmiş versiyasına köçürüblər.
“W3C”də təhlükəsizlik normalarının tətbiqi prosesini sürətləndirmək üçün “HTTP” internet protokolunun yeni versiyasında şifrələmə sistemi tətbiq edilə bilər. Hazırda “W3C”də bu məsələnin araşdırılması üzrə işçi qrup yaradılıb.
“HTTPbis”in işçi qrupunun rəhbəri Mark Nottinqem bildirib ki, “HTTP2.0”ın işlənib hazırlanması “Internet Engineering Task Force” dəstəyi ilə həyata keçirilir.
Onun sözlərinə əsasən, “HTTP 2.0”ın tətbiqi TLS (Transport Layer Security) texnologiyasının istifadə miqyasını artırmağa imkan verəcək. “HTTP”nin ikinci versiyasında şəbəkədə məlumatların şifrələnməmiş ötürülməsi üzrə imkanların saxlanılması təklif olunur, lakin şifrələnmədən avtomatik istifadə ediləcək.
Bununla yanaşı, müstəqil mütəxəssislər bildirirlər ki, şifrələnmiş və şifrələnməmiş trafikin istifadəsi texniki problemlərə səbəb ola bilər. İlk növbədə problemlər, şifrələnmiş və şifrələnməmiş trafika bölünən və bunu “URL” başlıqda “http” və ya “https”in mövcudluğu ilə müəyyən edən brauzer və tətbiqi proqramlarla bağlı olacaq.
Aynur Vəliyeva
“HTTP/2.0” protokolunun yeni versiyası şifrələmə tələb edəcək
“World Wide Web Consortium”un veb-standartlar üzrə mütəxəssisləri məlumatların ötürülməsi prosesində təhlükəsizlik problemi haqda narahat olmağa başlayıblar.“ICTnews” elektron xəbər xidmətinin “www.cybersecurity.ru” saytına istinadən verdiyi məlumata əsasən, “Google”, “Facebook” və ya “Twitter” kimi iri internet şirkətlərinin bəziləri, öz serverlərini “HTTP”nin şifrələnmiş versiyasına köçürüblər.
“W3C”də təhlükəsizlik normalarının tətbiqi prosesini sürətləndirmək üçün “HTTP” internet protokolunun yeni versiyasında şifrələmə sistemi tətbiq edilə bilər. Hazırda “W3C”də bu məsələnin araşdırılması üzrə işçi qrup yaradılıb.
“HTTPbis”in işçi qrupunun rəhbəri Mark Nottinqem bildirib ki, “HTTP2.0”ın işlənib hazırlanması “Internet Engineering Task Force” dəstəyi ilə həyata keçirilir.
Onun sözlərinə əsasən, “HTTP 2.0”ın tətbiqi TLS (Transport Layer Security) texnologiyasının istifadə miqyasını artırmağa imkan verəcək. “HTTP”nin ikinci versiyasında şəbəkədə məlumatların şifrələnməmiş ötürülməsi üzrə imkanların saxlanılması təklif olunur, lakin şifrələnmədən avtomatik istifadə ediləcək.
Bununla yanaşı, müstəqil mütəxəssislər bildirirlər ki, şifrələnmiş və şifrələnməmiş trafikin istifadəsi texniki problemlərə səbəb ola bilər. İlk növbədə problemlər, şifrələnmiş və şifrələnməmiş trafika bölünən və bunu “URL” başlıqda “http” və ya “https”in mövcudluğu ilə müəyyən edən brauzer və tətbiqi proqramlarla bağlı olacaq.
Aynur Vəliyeva
Baxış sayı: 955
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib